
Bundan bir gün öncə Ərkivan 5 saylı məktəbində Rusif Kərimovun dəstəsi ilə kitab hədiyyələri edilib. Bədəlan Ərazi Dairəsinə daxil Çayqıraq məktəbində isə adının açıqlanmasını istəməyən şəxs həmyerlilərini 60-dan artıq kitab hədiyyəsi ilə sevindirib.

Kitab bayramına yardımçılar sırasında masallılı şagirdlərə 70 hədiyyə edən, əslən masallının Kubin kəndindən olan gənc və ixtiraçı gənclərimizdə sayılan R. Ağayev də var.
Sonuncu Kitab bayramı isə Çaxırlı və Kəlbhüseynli məktəblərində olacaq.
“Ümidim sənsən” İB bütün kitabsevərlərə, kitab bayramlarına yardımçı olanlara təşəkkür edir və ümidlidir ki, belə bayramlar təşkil etməyə digər ərazilər də qoşulacaq.
“Ümidim sənsən” İctimai Birliyinin Mətbuat Xidməti




