
“Ümidim sənsən” İB-nin sədri Fidan Abbaslının və Şərəfə
Uşaq Bağçasının yaxından təşkilatçılığı ilə şəhid balasının ad günü yüksək səviyyədə qeyd olundu. Bununla bağlı fədək tort evində xüsusi tort hazırlanmış, şəhid balasına hədiyyələr verilmiş, şəhidin məzarı önündə kiçik kompozisiya ifa olunmuşdur.

Bu işin yüksək səviyyədə reallaşmasında ABŞ-da yaşayan masallılı xeyriyyəçi və fədakar xanım Jalə Nəsimlinin böyük zəhməti olmuşdur.
“Ümidim sənsən”İB-nin Mətbuat Xidməti