Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının coğrafiya ocağı haradır?


Baba və ataya ciddi rəqib yetişir

Yəqin ki, başlıqdakı sualı cavablandırmağa çoxları çətinlik çəkməz. Cenub.az bildirir ki, rayonun Təklə İnzibati Ərazi Dairəsinə Daxil Xoşçobanlı kəndində doğulan, başa çatan baba və ata sahədə bir nümunədir. “Ocağ sahibi” təkcə rayonumuzda yox, ölkədə təcrübəli coğrafiyaçı kimi tanınmış, coğrafiya üzrə ali kateqoriyalı müəllim və metodist, bir neçə elmi və bədii kitabın müəllifi, 71 yaşlı Soltanağa Cəfərovdur.

Onun 4 övladından 2-si, oğlanları FamilFərəc də ali təhsilli coğrafiyaçılardır. Famil Cəfərov digər sahədə çalışsa da, Fərəc artıq yaxşı coğrafiya müəllimi kimi rayonda məşhurlaşıb. Təkcə onu demək kifayətdir ki, Fərəc müəllimin hazırladığı şagirdlərin bir neçəsi qəbul imtahanlarında maksimum nəticə göstərir.

Baba və ataya ciddi rəqib gəlir - 15 yaşlı Rövnəq

Xatırladaq ki, hələ 15 yaşı tamam olmamış Rövnəq yaxın vaxtlarda Avropada, final görüşlərində azyaşlı coğrafiyaçılar arasında qüvvəsini sınayacaq.

Bu yarışmaya ötən il start verilib. Ölkə üzrə öncə 30 nəfər gənc coğrafiyaçı qeydə alınıb. Daha sonra 44 coğrafiya finalçısı, ümumilikdə 74 nəfər bu yarışmaya qoşulub.

Seçmə turlardan sonra Avropa yarışmasın kiçik və böyük yaş qruplarının hər birindən 8 nəfər seçilib.
Kişik yaş qrupuna seçilənlərdən biri də, hələ 15 yaşı tamam olmamış Rovnəqdir.

Xatırladaq ki, ötən il ölkə üzrə 8-ci sinifdə oxusa da, 9-cu siniflərlə ölkə olimpiadasında gümüş medal qazanmışdı.

Bu il iyunun 18-dən 21-dək Belqrad şəhərində 5 gün davam edən gənc coğrafiyaçıların yarışmasında bölgəmizi təmsil edən yeganə iştirakçısıdır.

İnanırıq ki, Rövnəq bu yarışmanı uğurla başa vuracaq.

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10