Prezidentin köməkçisi karantinlə bağlı yumşalmaları açıqlayıb
“Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur”. Cenub.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, mayın 31-dən Bakı metrosunda sərnişindaşıma fəaliyyəti də bərpa edilir.
Bununla yanaşı, mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.
İyunun 10-dan isə “Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir. Elə həmin gündən ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.