Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda bir ailənin bütün üzvləri zəhərləndi


Lənkəran şəhərində yaşayan Qasımovlar ailəsi paxladan zəhərlənib və ev şəraitində özlərini müalicə etməyə səy göstəriblər. APA-nın verdiyi məlumata görə, bir müddət sonra vəziyyəti ağırlaşan ailənin 5 yaşlı üzvü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, dünyasını dəyişən qızın 6 yaşlı qardaşı Qasım Qasımov da eyni səbəbdən paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10