Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

KQB agentinin də şübhəli olduğu, illərlə çözülməyən qorxunc cinayət – Məşhur gölün ətrafında nələr baş verib?


Finlandiyadakı Bodom gölü bir çox müəmmalı hadisələrin və qətllə şahidlik edib.
İlk hadisə 1960-cı ildə 4 gəncin Bodom Gölü sahilində düşərgə salması ilə baş verib.
Göl sahilindəki çadırda qalan 4 dostdan üçü səhər ölü tapılıb. Dördüncü şəxs isə agır yaralanıb. Lakin buna baxmayaraq o, qətlləri törətməkdə şübhəli bilinib.
Sözügedən qətldən sonra göl ətrafında gəzən gözətçi sarışın bir adamın hadisə yerindən uzaqlaşdığını görüb. Bundan sonra 4-cü şəxsin şübhəli olma ehtimalı ortadan qalxıb.
Göl kıyısında tek bir çadırda kalan 4 arkadaştan 3'ü sabah ölü olarak bulundu.
Meyitlər çadırdan kənarda olub. Bu isə onu göstərib ki, qatil gəncləri yuxudan oyadıb, çölə çağırıb və daha sonra onları qətlə yetirib. 
Bundan əlavə, hadisə yerindən bir neçə əşyalar da itib. Məsələn, gənclərin motosikletərindən birinin açarı oğurlanıb, amma motosikletə dəyən olmayıb. Paltarların bir hissəsi düşərgə sahəsindən bir neçə kilometr aralıda ağaclara asılmış vəziyyətdə tapılıb. Hadisənin daha ətraflı araşdırılması tələbinə baxmayaraq, polis qrupları dərin bir araşdırma aparmayıblar. Heç ərazidən əşyalar da götürülməyib. Buna görə də göl ətrafına gedənlərdən bəziləri əşyalardan bir hissəsini oğurlayıblar.
Bunun yanı sıra olay yerinde birkaç tuhaf eşya eksikti.
Bu məsələ ilə bağlı etiraz reaksiyalarının ardından polis qrupları cinayətlərlə əlaqəli şübhəliləri dindirməyə başlayıb.
İlk şübhəli Bodom gölü yaxınlığında bir anbara sahib olan Karl Valdemar Gyllström idi.
 Valdemar Bodom gölünü tez-tez ziyarət etdiyi və düşərgəçilərin çadırlarını kəsib, onlara daş atdıqları yerli camaat tərəfindən çox görülmüşdü. Hətta bəzi şahidlər onun hadisə yerindən çıxdığını da bildirirlər.
Buna baxmayaraq, polis bir daha araşdırma aparmır. Hadisədən 9 il sonra tək şübhəli olan Valdemar Gyllström Bodom gölündə boğulur.

Gelen tepkilerin ardından polis ekipleri cinayetlerle ilgili olabilecek şüphelileri toplamaya başladı.
Dosye Valdemarın ölümündən sonra açıq qalsa da, 2004-cü ildə yeni bir şübhəli ortaya çıxıb. Bu, Bodom gölünə çox yaxın yaşayan keçmiş KQB agenti Hans Assmann idi.
Lakin o, ittihamları qəbul etmir. 
Əlavə araşdırmalardan sonra Hans Assmannın hadisə günü çirkli və qanlı əlləri ilə yaxınlıqdakı xəstəxanaya getdiyi və hətta bir tibb bacısının onun haqqında polisə məlumat verməsi öyrənilib. 
Ancaq polis qrupları bunu da ciddi qəbul etmədikləri üçün Assmann təqib olunmayıb.
Assmann şahidlərin dediyi kimi sarışın idi və saç düzümü də tərif edilən şəxsə uyğun idi. Assmannın bir qəzetdə şübhəli haqqında məlumatları oxuduqdan sonra saçını kəsməsi ona qarşı bütün şübhələri artırıb.
Lakin şübhələr mübahisələr olsa da, cinayətdən 44 il sonra sağ qalan dördüncü şəxs Nils Gustafsson həbs olunub.

Olayın çok daha detaylı incelenmesinin talep edilmesine rağmen polis ekipleri bu kadar derinlemesine bir inceleme yapmıyordu.
Polis qrupları əvvəldən Gustafssondan şübhələndiklərini və sübutlara sahib olduqlarını söyləyiblər. Çünki Gustafsson hadisədən əvvəlki gecə dostları ilə dava edibmiş.
 Gustafsson həbs olunsa da, bir il sonra bütün ittihamlardan bəraət alıb. Polis qruplarının başqa bir dəlili olmadığı üçün bu qətl Finlandiya tarixinin açılmamış cinayətləri sırasına düşüb.
Turan Oruc
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10