Təyyarənin bomba təhlükəsi səbəbilə eniş etdiyi qeyd olunur, amma…
Ötən il Belarusda keçirilən prezident seçkilərindən sonra məşhurlaşan “Nexta” “Telegram” kanalının yaradıcısı Stepan Putilo saxlanılıb.
Onun olduğu təyyarə Belarus hökuməti tərəfindən Minskdə məcburi endirilib.
Belarus höküməti içində 129 sərnişin olan təyyarəni endirmək üçün SU-25 döyüş təyyarəsi, Mİ-24 helikopterindən istifadə edib.
Litvanın Xarici İşlər Nazirliyi (XİN) Belarus hökuməti tərəfindən saxlanılan vətəndaşların dərhal sərbəst buraxılmasını tələb edib. Avstraliya XİN isə "Ryanair" şirkətinə məxsus sərnişin təyyarəsinin Minskə endirilməsi ilə bağlı beynəlxalq araşdırmalar aparılmasını çağırıb.
Rəsmi Berlin Belarus hökumətindən təyyarənin və jurnalistin saxlanılması ilə bağlı məsələyə dərhal aydınlıq gətirilməsini tələb edib. Bununla yanaşı, Avropa Parlamenti təyyarə və Protaseviçin həbsi ilə bağlı dərhal açıqlama tələb edib.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də Minskdəki təyyarə ilə bağlı insidenti qəbuledilməz adlandırıb. Avropa Komissiyasının rəhbəri bildirib ki, bütün sərnişinlərin Vilnüsə qayıtması təmin edilməlidir.
Təyyarənin bomba təhlükəsi səbəbilə Minskə eniş etdiyi qeyd olunur. Rəsmi Minsk hələ ki, insidentlə bağlı başqa məlumat yaymayıb.
ayna.az