Leonid İliç Brejnevin hakimiyyətdə olduğu illər tarixə “durğunluq dövrü” kimi düşsə də, bu 18 il ərzində Kremldə çaxnaşmalar, intriqalar, qruplaşmalar arasında mübarizələr səngiməyib. Brejnev böyük ustalıqla yüksək ranqlı dövlət məmurlarını istədiyi səmtə yönəldə bilib, komandası üçün arzuolunmaz şəxsləri müxtəlif bəhanələrlə və çox asanlıqla vəzifədən uzaqlaşdırıb. Baş katib öz mövqe maraqlarına görə uzun illər partiya orqanlarında çalışanları güdaza verməkdən çəkinməyib.
Brejnevin siyasi kaprizlərinin güdazına gedənlərdən biri də Nikolay Mesyatsev olub.
1920-ci ildə Saratovda anadan olan Nikolay Mesyatsev orta təhsilini başa vurduqdan sonra Moskva Hüquq İnstitutunda daxil olub, 3-cü kursdan sonra təhsilini Hərbi Hüquq Akademiyasında davam etdirib. Vəzifə karyerasına SSRİ Hərbi Dəniz Donanması komissarlığında (nazirliyində) başlayıb. Sovet-alman müharibəsi illərində xidmətini “NKVD”-də davam etdirib.
Müharibədən sonrakı dövrdə Mesyatsev komsomol orqanlarına işə keçib. 1948-ci ildə o, Moldaviyada komsomolun ikinci katibi təyin edilib. 1950-ci ildə Brejnev Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətiriləndə Mesyatsevlə tanışlıqdan sonra ona respublika komsomolunun 1-ci katibi vəzifəsini təklif edib. Mesyatsev bu təklifi qəbul etməyib, gələcək baş katibə tezliklə Moskvada iş alacağını bildirib. Təbii ki, Mesyatsevin təklifdən imtina etməsi Brejnevin ürəyincə olmayıb. Amma buna baxmayaraq aralarındakı münasibət pozulmayıb.
Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra Mesyatsev komsomol orqanlarında yüksək vəzifələrə təyinat alıb. O, əvvəlcə ümumittifaq komsomolunun Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, daha sonra katib vəzifəsini tutub.
1962-ci ildə Xruşşovun təşəbbüsü ilə Mesyatsev Çinə göndərilib, SSRİ-nin bu ölkədəki səfirliyində müşavir vəzifəsində işləyib. Bir ildən sonra isə geri çağrılaraq partiya orqanlarında xidmətə başlayıb. Ona Mərkəzi Komitənin sosialist ölkələrindəki kommunist partiyaları ilə iş şöbəsinin müdir müavini vəzifəsi həvalə edilib. Həmin şöbənin müdiri isə Yuri Andropov olub. Elə həmin illərdən Mesyatsevlə Andropovun yaxın münasibətləri yaranıb.
Nikolay Mesyatsevin həmin ərəfədə Kremldə mövqeləri dayanıqlı olub. O, həm Xruşşovla, həm də gələcək baş katiblər, Brejnev və Andropovla münasibətlərini tənzimləməyi bacarıb və onun balanslaşdırılmış münasibətlər siyasəti Mesyatsevə Kremlin ən gərgin vaxtlarında, 1964-cü ilin saray çevrilişindən sonra növbəti vəzifə uğuru gətirib. Belə ki, Xruşşov hakimiyyətdən devrildikdən sonra hakimiyyəti ələ alan Brejnev Nikolay Mesyatsevi SSRİ Dövlət Televiziya və Radio verilişləri Komitəsinə sədr təyin edib.
Brejnev hakimiyyətdə dayaqlarını möhkəmləndirdikdən sonra özünə rəqib sayacağı məmurları “zərərsizləşdirməyə” başlayanda Mesyatsev də “qara siyahı”ya düşüb. Belə ki, Brejnevi narahat edən qruplaşmalardan biri Aleksandr Şelepinin (komsomolun birinci katibi, DTK sədri, həmkarlar ittifaqının sədri vəzifələrində işləyib) komandası olub. Hansı ki, Şelepinin Xruşşovun devrilməsində xüsusi rolu olub. Brejnev onun çevriliş etmək təcrübəsini nəzərə alaraq siyasi elitanın sırasından çıxarıb həmkarlar ittifaqına göndərib. Mesyatsev də Şelepin qruplaşmasının üzvü sayılıb. Bu səbəbdən də baş katib onu 1970-ci ildə ölkənin əsas təbliğat maşını olan Televiziya və Radio verilişləri Komitəsinin sədri vəzifəsindən azad edərək daha uzağa, Avstraliyaya səfir göndərib. Mesyatsevin “cəza”sı bununla bitməyib.
1972-ci ildə Avstraliyada SSRİ səfirliyinin gənc əməkdaşı Mixail Tsukanovun sərxoş vəziyyətdə avtomobil qəzasına düşərək həlak olması Mərkəzi Komitədə səs-küyə səbəb olub. Heç bir əsas, zərrə qədər şübhə olmadan Tsukanovun həlak olmasının səbəbini Mesyatsevlə bağlamağa cəhd edilib. Tsukanovun atası, Brejnevin 18 il köməkçisi işləyən, ötkəmliyi ilə fərqlənən Georgi Tsukanov oğlunun ölümündə Mesyatsevi günahlandırıb və onun cəzalandırılması üçün Brejnevə müraciət edib. Təbii ki, bu fakt Brejnev üçün də göydəndüşmə olub, Mesyatsevi sıradan çıxarmaq üçün baş katib tutarlı əsas tapıb. Amma Mesyatsevin bu işdə günahkar olmasını heç cür sübuta yetirmək olmayıb. Ümumiyyətlə həmin hadisə baş verəndə Mesyatsev Avstraliyada olmayıb. Belə olan halda Mərkəzi Komitə digər bir yola əl atıb. DTK dövriyyəyə belə bir informasiya buraxıb ki, Mesyatsev Sidneydə qastrolda olan balerinanı mehmanxanada zorlamağa cəhd edib. Bununla bağlı Mərkəzi Komitəyə bir neçə imzasız məktub da göndərilib. Beləliklə də, Mesyatsevi tora salıblar. Onun işi araşdırılmaq üçün Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə ötürülüb. Komitənin sədri Arvid Pelşe məsələni uzatmayıb. 1972-ci ildə Mesyatsev partiya sıralarından və vəzifəsindən xaric edilib.
Karyerası alt-üst olan Nikolay Mesyatsev özünə çox çətinliklə SSRİ Elmlər Akademiyasında kiçik bir iş tapıb və təqaüdə çıxana, 1989-cu ilə qədər akademiyada işləyib.
Bu illər ərzində Nikolay Mesyatsev partiya əqidəsindən dönməyib. Partiya sıralarına yenidən daxil olmaq üçün bütün mümkün variantlardan istifadə edib, dəfələrlə Mərkəzi Komitəyə müraciətlər ünvanlayıb. Nəhayət, 1984-cü ildə Yuri Andropov onun müraciətinə müsbət cavab verib. Amma baş katibin ömrü Mesyatsevin arzunu həyata keçirməyə imkan verməyib. Nikolay Mesyatsevi Kommunist Partiyasına növbəti sovet lideri, Konstantin Çernenko bərpa edib.
Nikolay Mesyatsev 2011-ci ildə, uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com