Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakaşvili tərəfdarlarının istəyi baş tutdu - Kliçko mitinqçilərin yanına getdi



Saakaşvili tərəfdarlarının istəyi baş tutdu - Kliçko mitinqçilərin yanına getdi

Saakaşvili tərəfdarlarının istəyi baş tutdu - Kliçko mitinqçilərin yanına getdi
Ukrayna müxalifətinin – Saakaşvili tərəfdarlarının Kiyev meriyası önündə keçirdiyi mitinq öz müsbət nəticəsini verib.
BakuPost.az xəbər verir ki, şəhər meri Vitali Kliçko etirazçıların arasına gəlib, onlarla səmimi söhbətlər aparıb. Qərara gəlinib ki, etirazçıların 11 nəfərdən ibarət heyəti Meriyada qəbul ediləcək. Onların tələbləri dinləniləndən sonra müəyyən dəyişikliklər barədə qərarlar qəbul ediləcək.

Qeyd edək ki, bu gün səhər saaatlarından başlanan başlanılan mitinqdə əsasən prezident Petro Poroşenko, Putin, Ukrayna daxili İşlər naziri Arsen Avakov əleyhinə şüarlar səslənir. Onların cinayət etdiyi, Ukraynada demokratiyanı boğmağa çalışdıqları ifadə olunur.

Ən çox tənqid olunan isə erməni əsilli Avakovdu. Onun təcili sürətdə istefa verməsi tələb olunur. Mitinqdə əsas diqqət çəkən şüar da məhz onunla bağlıdır: "Avakov, millətə qarşı silah qaldırma”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10