İran prezidenti Həsən Ruhani ötən günkü çıxışında deyib ki, onun ölkəsinin üzərindən ağır sanksiyaların qaldırılmasına yol açmalı olan danışıqlarda mümkün razılaşmanın hüdudları məlum olub.
İran hazırda 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün dünya gücləri ilə danışıqlarda iştirak edir. Vyanada keçirilən danışıqlarda ABŞ-ı çıxmaqla 2015-ci il sazişini imzalamış tərəflər – Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edirlər.ABŞ nümayəndə heyəti də Vyanadadır, lakin Tehran və Vaşinqton aprel ayından bəri vasitəçilərin köməyi ilə dialoq aparırlar.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2015-ci il sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub. Lakin ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-ı bu sazişə qaytarmaq istədiyini bildirib. Bununla belə hər iki ölkənin diplomatları hələki üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.
Ruhani mayın 20-də ölkənin Neft Nazirliyində keçirilən bir tədbirdə bəyan edib ki, Avstriya paytaxtında davam edən danışıqlarda “böyük addım” atılıb və “əsas razılaşma əldə olunub”.O bidlirib ki, bu razılaşma İranın neft, gəmiçilik, sığorta və maliyyə sistemi üzərindəki ağır ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnməlidir. İran prezidentinin dediyinə görə, diplomatlar yekun razılaşmanın əldə olunmasından əvvəl hazırda “xırda məsələləri” müzakirə edirlər.
Mayın 19-da keçirilmiş danışıqlardan sonra İran xarici işlər nazirinin müavini Abbas Araqçi demişdi ki, sazişin çərçivəsi və strukturu artıq müəyyənləşdirilib və sənədin bir çox maddələri üzərində danışıqlar davam edir. Amma Araqçi bunu da demişdi ki, “əsas məsələlər” sonrakı mərhələdə müzakirə olunacaq.
Danışıqlara sədrlik edən Avropa İttifaqının səfiri Enrik Mora deyib ki, o yekun razılaşmanın artıq uzaqda olmadığından xeyli əmindir. Başqa Avropa diplomatları da gələcək razılaşmanın cizgilərinin görünməyə başladığını, amma “uğura indidən təminat verməyin mümkün olmadığını deyirlər. Çinin danışıqlardakı nümayəndəsi Vanq Qun deyib ki, razılaşma əldə edilməsinə hələ bir qədər məsafə qalır.
Rusiya diplomatı Mixail Ulyanovsa sazişin “əlçatan” olduğunu bildirib. Ulyanov deyib ki, danışıqların, iştirakçıların arzuladıqları kimi mayın 21-də başa çatmayacağı aşkardır. O əlavə edib ki, belə bir vəziyyət təəssüf doğrusa da, faciəli deyil. Diplomatlar danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəliblər.
Şərhçilər bildirirlər ki, İranda iyunun 18-də keçiriləcək prezident seçkisində mötədil Ruhanını kimin əvəz edəcəyi həm də bu danışıqların nəticəsindən asılı olacaq. Danışıqlar hələ nəticə verməsə də İrana qarşı ABŞ sanksiyalarının yumşaldılacağı haqda xəbərlər artıq neft bazarına təsir edib, qiymətlər 2-3 faiz enib.
Virtualaz.org