Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Teatra getmək üçün də bu sənəd lazım idi” - Dünyanın ilk peyvənd pasportu haqqında MARAQLI FAKTLAR



20-ci əsrin əvvəllərində ABŞ-da yaşayan hər kəs ictimai yerlərə gedərkən qolundakı peyvənd izlərini göstərmək məcburiyyətində idi.
Çiçək xəstəliyinin tarixi min illər əvvələ gedib çıxır. Tarixin hər dövründə dünyanın bir çox yerində görülən bu xəstəlik, indiyədək ən ölümcül epidemiya xəstəliklərindən biri sayılır. Çiçək simptomlarına yüksək hərarət, bel ağrısı, üşütmə və qusma daxildir. Eyni zamanda, virusa yoluxmuş xəstənin bütün bədənində ciddi bir dəri tökülməsi meydana çıxır. Poksvirus qrupundan olan bir virusun səbəb olduğu xəstəlik, hava yolu və təmas yolu ilə asanlıqla ötürülə bilər. Buna görə, ilk yoluxmadan bir neçə həftə sonra xəstəlik böyük bir epidemiyaya çevrilə bilir. Çiçək xəstəliyinin peyvəndi tapılana  qədər tarixdə bir çox epidemiya dövrü olub.

çiçek aşısı
Şübhəsiz ki, epidemiya dövrlərinin ən dəhşətlisi son ötən yüz ildə baş verib. 20-ci əsrdə çiçək səbəbindən 300 milyon insan ölüb. ABŞ bu xəstəlikdən ən çox təsirlənən ölkələrin zirvəsində idi. Xəstəliyin yayılmasını azaltmaq üçün kütləvi bir peyvənd kampaniyası başlamışdı. İnsanlar ictimai sahəyə daxil olarkən səlahiyyətlilərə çiçək xəstəliyinə qarşı olunduqları peyvəndin izlərini göstərməli idilər. Tarixdəki ilk peyvənd pasportu da belə bir atmosferdə ortaya çıxdı.

Təfərrüatları birlikdə nəzərdən keçirək.


20-ci əsrin əvvəllərində Birləşmiş Ştatlar sözün əsl mənasında çiçək epidemiyasının məngənəsində idi. Hökumət 1899-1904-cü illərdə çiçək xəstəliyinə yoluxma sayının 164 mini keçdiyini iddia etdi. Ancaq səhiyyə işçiləri bu rəqəmin beş qat daha çox olduğunu söyləmədilər. Xəstəlik o qədər tez ötürüldü ki, səlahiyyətlilər bu epidemiyanın yalnız peyvənd olunacağı təqdirdə sona çatacağını bildirdi. Bu səbəbdən ölkə daxilində peyvəndləmə kampaniyası başladı. İşə və məktəbə getmək, qatara minmək və hətta teatr biletləri almaq üçün rəsmi peyvənd sertifikatı tələb olunurdu.


Məcburi peyvəndləmə praktikası, şəxsi azadlıqlarını müdafiə edən bir çox amerikalıları qəzəbləndirdi. Tibb işçiləri polis məmurunun müşayiəti ilə məcburi peyvənd üçün qapı-qapı gəzməyə başladılar. Bəzi peyvənd əleyhdarları saxta peyvənd sertifikatları ilə səlahiyyətliləri aldatmağa başladılar. Bir müddət sonra səlahiyyətlilər saxta arayışların verildiyini aşkar etdilər. Görüləsi tək bir iş qaldı.

İnsanlardan maddi sübutlar istənilməli, yəni peyvənd izi göstərmələri ...



Çiçək xəstəliyinə qarşı peyvənd ilk dəfə 18-ci əsrin sonunda Eduard Cenner tərəfindən hazırlanıb. Cennerin texnikası 20-ci əsrə qədər çoxsaylı dəyişikliklərə məruz qalıb.

Xəstəliyə qarşı peyvəndi qol dərisinin neştər və ya bıçaqla qaldırması üsulu ilə edildi. Peyvəndlənən şəxsin qolundakı yara böyük bir qaysaq yaradırdı. Yara sağalandan və qaysaq düşəndən sonra həmin yerdə çapıq qalırdı. Beləliklə, səlahiyyətlilər kimin peyvənd edildiyini və ya edilmədiyini asanlıqla müəyyən edə bildilər.



Nyu York və Boston kimi şəhərlərdə çiçək virusu ölümcül dərəcədə yayılırdı. Sağlamlıq işçiləri peyvəndləmə əmrinə tabe olmayan vətəndaşları polis zoru ilə klinikalara aparırdı.

1901-ci ildə Çikaqonun ən hörmətli həkimlərindən biri Dr. James Hyde vətəndaşları əllərindən gələni etməyə çağıran bir məqalə yazdı. Bu yazıda peyvənd izlərindən ictimai sahələrə giriş bileti, yəni bir növ "pasport" kimi istifadə etməyi təklif etdi. Dr. Hydenin təklifi nəzərə alındı. Sağlamlıq və təhlükəsizlik işçiləri üçün peyvənd izləri artıq “pasport” idi.

Vaccine Passport: Stop Crying, Get Your Shot - AVweb

“Peyvənd pasportu”nu göstərməyən insanlar olduğu yerlərdə məcburi şəkildə peyvəndlənirdi.

1903-cü ildə  qolunda  peyvənd izi olmayanlara işləmək tamamilə qadağan edildi. Qadağalar həmin il bir-birinin ardınca gəldi. Ancaq peyvənd əleyhinə nümayişlər heç dayanmadı. Saxta peyvənd sertifikatlarını da  istehsal etmək mümkün olmadı. İnsanlar bu dəfə qollarını azot turşusu ilə yaralamağa başladılar. “Peyvənd pasportu”nun saxtalaşdırılması ağrılı olsa da, insanlar bu şəkildə də səlahiyyətliləri aldatmağı bacardılar.

Turan Oruc
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10