Ən aşağı nəticələr Masallıdakı şəhər məktəblərinə məxsusdur. Təsəvvür edin ki, 7 şəhər məktəbinin məzunu (qaliblər sırasında olan şəhər 5 saylı istisna olmaqla) göstəricisi bir kənd məktəbinin – Həsənli məktəbinin göstərici qədərdir (6 nəfər)
CENUB.AZ-ın araşdırması
Bu ilki buraxılış imtahanlarında Masallı rayonunun 46 şagirdi 250 və daha çox bal toplayıb. Dünən xəbər verdiyimiz kimi siyahıya 291 balla Köçəkli tam orta məktəbinin məzunu başçılıq edir. İlk beşlikdə isə Köçəkli də daxil olmaqla Şəhər 5 saylı, Binə Xoçavar, Ərkivan və Mahmudavar tam orta məktəbləri qərarlaşıb.
Ən yaxşı göstərici Həsənli kənd ümumi tam orta məktəbinə məxsusdur. Bu məktəbin 6 məzunu, (hansı ki, onlardan 2 nəfəri 270-dən artıq bal yığıb) 250 baldan yuxarı bal yığanların sırasındadır.
Ən aşağı nəticə Masallı şəhər məktəblərinə aiddir. Belə ki, Masallı şəhər 5 saylı tam orta məktəbi istisna olmaqla şəhərdəki tam orta məktəblərinin heç biri 270 bal həddini keçə bilməyib. Şəhər 4 və 6 saylı məktəbləri isə heç 250 bal həddinə çata bilməyib. Ümumilikdə, şəhər 1 saylıdan 3, 3 saylıdan 2, 2 saylıdan 1 məzun (Ümumilikdə Həsənli məktəbi qədər) 250 bal həddini aşa bilib.
270 və daha çox bal yığan 13 nəfər məzunun 8-i, ümumilikdə 250 bal həddini keçən şagirdlərin 21 nəfəri qızlardır. (Təxminən 46-dan yarısı)
Acınacaqlı hal isə odur ki, 20-dən artıq tam orta məktəbin məzunları - Masallı şəhər 4, 6 saylı, Boradigah qəsəbə 1 saylı, Ərkivan 3, 2 saylı, Sığdaş, Türkoba, Hişkədərə, Tüklə, Miyankü, Xıl, Göyəçöl, Musaküçə, Oncəqala, Viləş, Şərəfə, Çaxırlı, Təklə, Güllütəpə, Hüseynhacılı, Qəriblər, Qodman və digər bir neçə tam orta məktəbin heç bir məzunu 250-dan yuxarı bal yığa bilməyib.
Qeyd: İmkan olarsa, 250-dən aşağı bal toplayan məktəbləri də təhlil edəcəyik.
Cenub.az üçün hazırladı Zahir Əmənov.