Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Vətən mənə ana, mən əsgərəm ona”


“Cənub. az” saytı  Nurəddin ƏDİLOĞLUNUN  “ŞƏHİDLİK MANİFESTİ” kitabından növbəti yazını təqdim edir:


                                             “Vətən mənə ana, mən əsgərəm ona”


Bu sözlər qızılı rəngli həriflərlə şəhid Niyaməddin  Sultanzadənin  gül-çiçəyə qərq olunmuş sinə daşına həkk olunub. Məzarının ətrafında böyük ürəyi xatırladan əklilər dövlət qurumlarının vəictimaiyyət təmsilçilərinin şəhidin xatirəsinə ehtiramları ilə yanaşı, həm də 22  il ömür yaşayan  bir  gəncin qısa ömrünə sığdırdığı misilsiz şücaət və qəhrəmanlıqdan soraq verir. Vətən üçün yaşayan, torpaq uğrunda canından keçən Niyaməddin Sultanzadə yeni nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Ona görə ki, Vətən torpağını əyninə geyinən Niyəmmədin kimi oğullar vətənin ömrünə öz ömürlərini calayıblar. Onların hər birinin işıqlı xatirəsi əsrdən əsirə, nəsildən nəsilə ötürülərək daim ürəklərdə yaşayacaq.

Etiraf edək ki, xalqımıza QƏLƏBƏ sevinci yaşadanhər bir şəhidin ÖMRÜ həmdə onun doğulub boya-başa çatdığı elin-obanın, ata-baba ocağının yeni adı, yeni ünvanıdır. Şəhidlik hünər zirvəsinin əbədiyyət simfoniyasıdır. Taleyinə bu müqəddəs məqama qovuşmaq nəsib olan şəhid  ömrünün əbədiliyini istedadlı qələm dostum Balayar Sadiq belə dilə gətirir:


Boy verir ürəkdə hünər nəğməsi,

Nəsillər dinləyir bu məğrur səsi.

Şəhidlər - Vətənin qələbə rəmzi,

Şəhid oğulları Vətən yaşadır!


Qubadlı dağlarında erməni qəsbkarlarına qarşı döyüşərək cəsarəti, mərdliyi ilə Azərbaycanın ən yeni tarixini qanı ilə yazan Niyaməddin Sultanzadə Vətən müharibəsinə  könüllü qatılmışdı...

Qısa tanıtım: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə R.Əlihəsənov adına Masallışəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Ali məktəbə qəbul imtahanında ilk cəhdi alınmasa da ruhdan düşməyib. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissəsində həqiqi hərbi xidmətini başa vurandan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə qəbul olub. Lakin kollec təhsili ilə kifayətlənməyib. Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinəqəbul olunmaq cəhdi növbəti dəfə uğurlu alınıb. Ali təhsilini qiyabi yolla davam etdirərək 10 oktyabr 2018-ci ildən “Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə əmək fəaliyyətinə başlayıb. 

27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  başlayan Vətən müharibəsində könüllü olaraq qoşulub, Cəbrayıl və Füzuli rayonlarının erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 6 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 22 noyabr 2020-ci ildə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


                                                    “Vətəni qorumaq yaşa baxmır”

Bu ifadə də Niyaməddinə məxsusdur. Orta məktəbdə təhsil aldığı vaxtlarda Dədə Qorqud öyüdlərinə bələd olan hər bir azərbaycanlı  gənc kimi Niyaməddin də yaxşı bilirdi ki, Vətən anlayışı bir ovuc torpaqdan başlanır. “Torpaq - Vətəndir, Vətən - anadır, ana - millətdir, millət - dövlətdir..."   

Sinif müəllimi Nərgiz Muxtarova deyir ki, uşaqlıqdan onda rəqabət hissi,  qalib gəlmək istəyi güclü olub. “Çox ağıllı və təmkinli bir uşaq idi. Məktəbdə keçirilən bütün tədbirlərimizdə, yığıncaqlarımızda o, hamıdan çox çalışardı ki, tədbirimiz yaxşı və keyfiyyətli alınsın. İctimaiyyətçi kimi çox fəal idi, həm bizə, həm də sinif yoldaşlarına kömək edərdi. Niyaməddinin üzündən heç vaxt sevinc hissi, təbəssüm əskik olmazdı... Hərbi xidmətdən gələndən sonra da məktəbə gəldi, yenə də həmin sevinc hissi, həmin təbbəssüm Niyaməddinin üzündə idi... Yəqin ki, Vətən uğrunda şəhid olduğu anda da onun üzü gülüb...”

Şagirdinin səmimiliyindən, zəhmət sevərliyindən və əzmkarlığından geniş söhbət açan fransız dili müəllimi Fərqanə Mənsurova deyir: “Niyaməddin çox saf, təmiz uşaq idi. Mən onun daxili aləminə yaxşı bələd idim. Məktəbdən sonra, həm işləyirdi, həm də oxuyurdu. Deyirdi ki, müəllim, ali məktəbə qəbul olsam, sizə tort gətirəcəyəm... Mən də deyirdim, Niyaməddin, sənin ali məktəb tələbəsi olmağın mənim üçün elə hər şeydir. Müharibə başlamamışdan bir neçə gün əvvəl əlində tort sinifə daxil oldu. Dedi, müəllim, sözümə əməl etdim. Həmin tortu şagirdlərimlə paylaşdıq. İndihər dəfə televizorda “Vətən yaxşıdır” mahnısını ifa edən şəhid Xudayarı göstərəndə Niyaməddinin siması gəlib durur gözümün qabağında.  Axı o da Xudayar kimi gülərüz, mehriban, qəlbi həyat sevgisi ilə dolu gənc idi...”


                                                           Dövrümüzün Burla xatunu


“Kitabi-Dədə Qorqud” dastanında Burla xatun oğlu Uruzun yağılar tərəfindən öldürülməsinə razı olurki, təki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın...Niyaməddinin yeniyetmə çağlarından KİŞİLİK xarakterinə malik oduğunu söyləyən anası Mehriban xanım da   müəllimədir. Hazırda oğlunun orta təhsil aldığı məktəbdə direktor müavinidir. Mehriban xanım həm dəbaşında OĞUL TABUTU aparan nadir analardan biridir. Ürəyinin oduyla, gözünün nuruyla böyütdüyü oğlunun Vətənin üçrəngli bayrağa bürünmüş tabutunu məğrurcasına son mənzilə yola salan Azərbaycan anası da dastan yazdı. Mənim fikrincə, Niyaməddin Sultanzadə  kimi  sinəsini Vətənə  sipər etmiş oğulların özü və onları dünyaya gətirən Mehriban kimianaların qəhrəmanlığıorta məktəb şagidlərinə ayıca  fənn kimi tədris olunmalıdır. 

         Xalq şairi Ramiz Rövşənin şəhid analarına həsr etdiyi şerin bu misralarında da Mehriban xanımın mərd ana obarazı görünür:


Dünən hələ yox idi, 

saçlarının ağları.

Toy üçün böyüdürdü

 analar uşaqları.

Bu gün öz balasını

Vətənə qurban deyir...


“Azərsu” ASC-nin qurğu rəisi Mətləb Əliyevin Niyaməddin haqqında çəkilmiş filmdə dediyi kimi, Vətən uğrundacanını fəda edən oğulların nəinki özləri,ailə üzvləri də qəhrəmandırlar: “Əlbəttə ki,  belə qəhrəman övladları olan Vətən heç vaxt basılmaz. Niyamədddin çox zəhmətkeş gənc idi. İşini çox sevirdi. Bir dəfə mənə döyüş bölgəsindən zəng etdib dedi ki, Şuşaya Qələbə bayrağını sancıb sağ-salamat  gələcəyəm...”

Yaşasaydı, Niyaməddin çox yaxşı mütəxəssis kimi tanına bilərdi. Çalışdığı kollektivdə şəhidin xatirəsi hörmətlə yad olunur. Niyaməddin “Azərsu" ASC-nin Vətən müharibəsində qəhrəmancasına şəhid olan 3 əməkdaşından biridir...


                                            “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək...”


Taqım komandiri Sadiq Məcidli Niyaməddin komandir heyətinə necə canla-başla kömək ediyini və onunla ilk gündən dostlaşdığını bildirir. “Çalışrdı ki, əsgərlərin komlekləşdirilmə işi tez yerinə yetirilsin, döyüşə gedək. Döyüş tapşırığımız Cəbraılda strateji yüksəkliklərdən birini ələ keçirmək idi. Uğurlu əməliyat oldu, həmin mövqedə möhkəmləndik... Niyaməddin çətinliklərə çox dözümlü əsgər idi. Suyunu, çörəyini belə əsgər yoldaşına verib, özü susuz qalardı...”

...Qubadlıdabaşqa dəstənin tərkibində növbəti yüksəkliyiələ keçirəndən sonra Niyaməddin son dəfə  taqım komandiri ilə görüşüb. Oktyabrın 30-da səhər saatlarında atası ilə telefonla danışıb: “Vəziyyət yaxşıdır” deyib. Sonra uzun müddət Niyaməddindən soraq gəlməyib. “Niko” ləqəbli  Niyaməddin Sultanzadənin  döyüşlərin son iki günündə könüllü olaraq xüsusi təyinatların dəstəsində   vuruşduğu  bildirilir. Dayısı Ziyafət Ələkbərov  onun əsgər yoldaşlarının dediklərinə istinadən bildirir ki, Niyaməddin silahdaşlarını düşmənin yaylım atəşindən qorumaq üçün başqa istiqamətdən döyüş meydanına atılıb. Ucadan “Allahu Əkbər” deyərək güləllərini düşmən əsgərlərinin üzərinə boşaldıb. Elə bu zaman düşmən gülləsi onun arzularla dolu qəlbini susdurub. Vətənin cəsur övladı əbədiyyətə qovuşandan sonra da erməni faşistləri onun nəşini gülləbaran edərək tanınmaz hala salıb...

Şəhidin əmisi Şəfahət Sultanov müharibənin ilk günündən başlayaraq 47 gün döyüş bölgəsindən yaralı əsgərlərimizi idarə etdiyi təcili yardım maşını ilə hospitallara çatdırıb. Niyaməddinin tanınmaz hala düşmüş nəşi Füzuliyə gəririləndə əmisi çox bərk sarsılıb. İstər onun, istər Niyaməddinin böyük qardaşını Tacəddinin kövrək xatirələrini qələmə almaq çox çətindir.

Atası Hüsaməddin isə niyyət etmişdi ki, oğlu müharibədən sağ-salamat qayıdıb gəlsə onu özü ilə Kərbəla şəhərində Həzərət İmam Hüseynin (ə) hərəminin ziyarətinə aparacaq.  Bu gün Niyaməddinin, eləcə də Vətən müharibəsində şəhid olan yüzlərlə Azərbaycan oğullarının şəkilləri müqəddəs şəhərdə -şəhidlər sərvərinin hərəmini “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək” deyən Azərbaycan şerinin tacidarı  Şeyx Məhəmməd   Füzulinin  məhşur qəzəlinin bu misraları ilə  birgə bəzəyir:


Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim.


Canı canan diləmiş, verməmək olmaz, ey dil!

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.


Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!


İstedalı kino-operator Elsevər Əliyevin Niyaməddin haqqında çəkdiyi “Zirvənin sakini” sənədli filmində şəhidin atası Hüsaməddin kövrələrk deyir:“Niyaməddin bu dünyaya gələndə də ildirim çaxırdı, yağış  yağırdı, dünyadan gedəndə də...”

   Oğul itkisinin ağırlığını bütün varlığıyla hiss edən Məhəmməd Səfərov adlı izləyici həmin filmə baxandan sonra Niyaməddinin ruhuna xitabən yazır:


Azad bir quşdun,

 Yuvandan uçdun.

 Cənnətə düşdün

 Bu gənc yaşında...


 Qürur   yerimizsən. Ruhun qarşısında baş əyirik...Tanrım qoynunda  uyuduğun   məkanı  daima rəhmət nuruna qərq  eləsin!


Nurəddin ƏDİLOĞLU,    Cenub.az. Masallı.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10