Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya Azərbaycanın və Ermənistanın müraciətlərini gözləyir


Rusiya sərhəddəki gərginliyin aradan qaldırılmasında Azərbaycan və Ermənistana, hər iki dövlətdən belə bir müraciət gəlsə, kömək edəcək.
Bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Bu normal haldır ki, tərəflər belə bir şəraitdə bizə kömək, yardım, vasitəçilik üçün müraciət edirlər, özü də 9 noyabr və 11 yanvar tarixli bəyanatların hazırlanması kontekstində təcrübə mövcuddur. Buna görə də, belə bir müraciət yalnız tərəflərdən birindən deyil, bütün iştirakçılardan gəlsə, mən Azərbaycanı və Ermənistanı nəzərdə tuturam, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq", - deyə A.Rudenko agentliyin sualana cavab verərkən vurğulayıb.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10