Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qaragöllə bağlı elmi açıqlama: Gölün sahili dəyişə bilər


Dağ göllərilə əhatə olunan ərazi, su hövzələrinin həcmi, sahil xətti iqlim şəraitinə görə zaman keçdikcə dəyişə bilər. Bu, eyni zamanda müxtəlif intensivliklə baş verə bilər, lakin göllər dəyişməz də qala bilər. Odur ki, mütəxəssislər ötən əsrin 70-ci illərinin xəritələrindən istifadə edərək bu gün dövlət sərhədlərini müəyyən edə bilmirlər. Köhnə xəritələri bugünkü coğrafi reallıqla əlaqələndirmək üçün mütəxəssislərin yerində işləməsi vacibdir, - Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun qurunun hidrologiyası şöbəsinin aparıcı elmi işçisi Ziyəddin Ağayev Turan-a bildirib.
Alimə sual Qaragöl gölü (Sivliç) ərazisində Ermənistanla Azərbaycan arasında sərhəd böhranı ilə əlaqədar verilib. Məlum olduğu kimi, Ermənistan bu gölün 75 faizinin ona məxsus olduğuna təkid edir. Belə ki, sovet xəritələrinə görə, Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhəd məhz buradan keçir, gölü 75-25 faiz proporsiyaya bölür. Belə bölgü SSRİ Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş ötən əsrin 70-ci illərinin sovet xəritələrinə uyğun gəlir.
Ziyəddin Ağayev hesab edir ki, gölün sərhədləri 50 il ərzində dəyişə bilər. Əsasən gölün şərq sahili dəyişə bilər və qərb sahili dəyişməz qalar və ya başqa cür olar. Nəticədə, köhnə xəritə üzərində istiqamət götürmək bu gün səhv ola bilər.
Buna aydınlıq gətirmək üçün azərbaycanlı coğrafiyaşünasları, kartoqrafları yerində tədqiqat aparmaq üçün cəlb etmək lazımdır, onlar su hövzəsi sahillərinin dəyişmə dinamikasını müəyyən edəcəklər. Su hövzəsinin dərinliyi, sahil yamacı, dib barədə məlumatlar lazımdır. Ekspertlər bunu araşdıraraq gölün coğrafiyasının sərhəddin müəyyən edildiyi xəritənin göstəricilərilə nə dərəcədə üst-üstə düşdüyünü müəyyənləşdirə biləcəklər.
«Azərbaycanlı mütəxəssislərin bu günədək bu regiona çıxışı yoxdur və "Qaragöl" gölünün sahil xəttinin vəziyyəti və gölün coğrafiyasının dövlət sərhəddinə uyğunluğu barədə dəqiq bir şey deyə bilmirlər", - Ziyəddin Ağayev qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10