Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə 61 yaşlı kəndli Qarabağ savaşı zamanı Ermənistanı bombalamaq üçün F-16 düzəltdi


Türkiyənin Yozqat vilayətində 61 yaşlı kəndli ötən ilin payızında Qarabağda Azərbaycanla Ermənistan arasında müharibənin getdiyi günlərdə “erməniləri bombalamaq” üçün F-16 təyyarəsi maketi düzəldib. Həmin təyyarə maketi böyük maraqla qarşılanıb və indi kəndli onu satışa çıxarıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yozqatın Esenli kəndində yaşayan Ali Yaşar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün başladılan əməliyyatlardan təsirlənərək özünün dediyi kimi, “yerli və milli materiallardan” istifadə etməklə F-16 maketini hazırlayıb.

O, təyyarənin maketini cəmi 10 gündə, həyətindəki emalatxanada düzəldib. Maketin uzunluğu 1.5 metrdir. Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitəndən sonra Ali Yaşar maketi evinin bağçasında yerləşdirib. Əsl F-16 təyyarəsindən seçilməyən maketə tamaşa etməyə indi o cümlədən ətraf kəndlərdən xeyli adamlar gəlir.
Ali Yaşar deyir ki, Türkiyənin milli hərbi sənayesi son zamanlar müasir raketlər, pilotsuz təyyarələr, digər hərbi ləvazimatlar istehsal edir. “Mən də öz imkanlarımla F-16 savaş təyyarəsinin maketini düzəltdim. Bu F-16 təyyarəsi üçün dəmir lövhələrdən istifadə etdim. Düzəldilməsi, planı, layihəsi tamamən mənə aiddir. O günlərdə Azərbaycanla Ermənistan savaşırdı və ermənilər kişi kimi döyüşmürdü. Ermənistan alçaqcasına azərbaycanlı qardaşlarımın üzərinə raketlər yağdırarkən Azərbaycan əsgərləri Ermənistan əsgərləri ilə döyüşürdü. Canım sıxıldı və bəzi materiallarım vardı. F-16 təyyarəsi düzəldim və üzərinə bombalar yükləyim dedim, “get Ermənistanı bombala” deyərək o məqsədlə düzəltdim. Ermənistanı bombaladıq. Üstündə 8 dənə bombası var.  Bundan sonra B-52 bombardmançı təyyarəsinin maketini düzəltməyi düşünürəm”,-yozqatlı kəndli deyib.

Ali Yaşar bildirib ki, F-16 maketini görənlər ona böyük maraq göstərirlər. “Görənlər Ali əmi, gözəl olub, satarsanmı deyə soruşurlar. Maket olaraq düzəltdim. Satıram deyə 5 min TL-yə elana qoyduq.Bu günlərdə “Aselsan” tərəfindən ölkəmizdə yerli və milli raketlər, hər cür hərbi ləvazimatlar hazırlanır. İnşallah, mən də onları göz önünə alaraq türkiyəli və yozqatlı kimi içimdə milli duyğularla, öz imkanlarımla F-16 təyyarəsi düzəltdim”,-o bildirib.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin bir neçə F-16 təyyarəsi Azərbaycanda idi. Həmin təyyarələr müharibə ərəfəsində keçirilən təlimlər üçün Azərbaycana gətirilmişdi və daha sonra ehtimal edilən xarici müdaxilə riski ilə bağlı geri aparılmamışdı. Ermənistan həmin günlərdə Türkiyə F-16 qırıcılarının Qarabağda tətbiqi barədə durmadan hay-küy qaldırırdı.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10