Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arkivan.az-da “dirildi”


Əsas “sülhməramlı” missiyanı Seyid Valeh həyata keçirib


Arkivan.az-da “dirildi”


Bir neçə ay öncə Masallıda əvvəllər fəaliyyət göstərmiş, sonra isə “ölən” saytlar haqqında məlumat vermişdik. Bildirmişdik ki, Masallının elektron ensiklopediyası kimi nəzərdə tutulan, az qala ölkənin bütün regionlarına nümunə ola biləcək “masallılar.az”, regionda yeganə qəsəbə saytı kimi fəaliyyət göstərən “arkivan.az” saytı bir neçə yüz manat xidmət xərcinə görə dayanıb. Hətta Masallı İcra Hakimiyyətinin Masallı-ih.gov.az saytınn aylarla yeni materiallar yüklənmirdi.

Yaxşı ki, Xətai parkı ilə bağlı gileylərimizə həssaslıqla yanaşan Masallı İcra hakimiyyəti sayt məsələsinə də xüsusi diqqət göstərdi. İndi İcra Hakimiyyətinə məxsus Masallı-ih.gov.az- saytı da vaxtaşırı təzələnir, masallılar.az saytı da yenidən bərpa olunub və onun

təkmilləşdirilməsi üçün ciddi iş aparılır. Nəhayət, bir çox qalmaqallara səbəb olan “arkivan.az” saytı da bir çox söz-söhbətlərdən sonra yenidən “dirildi”.

Bu işdə rəhmətlik Seyid Sadıqın oğlu Valeh Həşimov, necə deyərlər, əsil “sülhməramlı” rol oynadı. Belə ki, saytın əsas texniki xərclərini öz üzərinə götürdü (həmçinin Ərkivan bələdiyyəsi bu işə yardımçı oldu). Hazırda saytın tam işlək formaya gətirilməsi, hər gün sayta yeni materiallar qoyulması, bu işlərin icrası üçün komanda formalaşdırılması sahəsində sürətli iş gedir.

Bu günlərdə Ərkivanda evi yanan da var, maddi durumun görə qaz-işıq pulunu verə bilməyib soyuqdan çabalayan 1-ci qrup əlillər də. Biz bütün bunları ictimailəşdirib, ehtiyacı olanlara yardımçı olmağa, böyük uğur qazanan ərkivanlıları təbliğ etməyə çalışacağıq.

Onu da xatırladaq ki, yuxarıda sadaladığımız saytlardan əlavə Masallıda Regional Kollecin mdr.edu.az, “Yeni Həyat” qəzetinin “Yeniheyat.az” az saytları da ilk addımlarını atmağa başlayıb.

Bir daha “arkivan.az” saytının yenidən bərpasına qayıdıb, bu işdə zəhməti olanların hamısına təşəkkürümü bildirmək istəyirəm. Seyid Valehin əməyi isə xüsusi təşəkkürə layiqdir. O bizimlə söhbətdə bildirib ki, bundan sonra da təhsil, mədəniyyət, idman sahəsində işlərə imkanı daxilində yardımçı olacaq, Seyid Sadiq ocağının imkanlarından daha çox adamın faydalanmasına çalışacaq.

Onu dax xatırlatmaq istəyirəm ki, saytı açmaq, bərpa etmək bir işdirsə, onu daim yaşatmaq daha çətin işdir. Təkiliflərinizi və yardımlarınızı gözləyirik
.

Zahir Əmənov. Əlaqə 0 50 322 7523





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10