"Uzun illər bundan öncə Şuşanın işğalı mənə pis təsir etmişdi. Rayon və şəhərlərin ard-arda işğalından sonra, 1994-cü ildə mən stress keçirmişdim. Hər şeydən də öncə insan itkisi, cavan uşaqların ölümü mənə pis təsir edirdi. O vaxt mənim ürəyimə damdı ki, Məkkəyə getsəm Allahla razi-niyaz etsəm, müharibə dayanar. Mən ad günümü keçirməyi qətiyyən sevmirəm. 1994-cü il may ayının 11-də ad günümdə ehramı aldım, 12- də Məkkəyə getdim. Həmin gündən ulu öndərimiz Heydər Əliyev atəşkəs elan etdi və bu günki günün təməlini qoymağa başladı. Mən Məkkədə əhd etdim ki, Allahım, qələbədən sonra Şuşa məcsidində mənə namaz qılmağı nəsib et. Mənim ən böyük duam bu idi. Beləliklə ad günümdə Məkkə ziyarətində bu duaları etdim. 27 ildən sonra böyük olan Allah Şuşa məscidində namaz qılmağı mənə nəsib etdi".
Cenub.az xəbər verir ki, bunu Moderator.Az-açıqlamasında Xalq artisti Şamil Süleymanlı bildirib. Sənətkar daha sonra əlavə edib.
"Şuşada möhtəşəm Xarıbülbül festivalında iştirak etdik. Siz bilirsiz ki, xarıbülbül özü nağıldır, gülün özünün nağılı, bayatısı var, amma bu festivalın nağıl olmasını mən bilmirdim. Biz nağıllar aləminə düşmüşdük. Siz təsəvvür edirsiz, ad günümün səhərisi mən artıq Şuşada idim. Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyev bundan böyük hədiyyəni heç kimə verə bilməzdi. Xarıbülbül festivalı ilə, bu Şuşa hədiyyəsi ilə mən ömrümün axırına qədər onun sadiq əsgəri olacağam və ona minnətdaram. Bu nağıllar aləmində, Cıdır düzündə mənim əzizlədiyim bir şəkil var. Şuşada bir qayanın yanında atam 7 yaşı olanda nənəmlə şəkil çəkdirib. Uzun illər keçəndən sonra 1962-ci ildə mənim 7 yaşım olanda təsadüfən həmin qaya ilə mən şəkil çəkdirmişəm. Bu dəfə mən özümdə deyildim, təsəvvür edirsiz Cıdır düzündəyik. Festivalın başlamasına xeyli vaxt var idi, mən başladım həmin qayanı axtarmağa. O qayanı tapdım, qucaqladım və uşağlıqda olduğu kimi oturub onunla şəkil çəkdirdim. O qaya mənim atamın, uşağlığımın, indi də qocalığımın şahidi oldu. 66 yaşında qoca Şamil kişi vətənində, qayaya söykənib padşahlar kimi oturdu. Bunu da mənə göydə Allah, yerdə isə Ali Baş Komandanım qismət etdi.
Bu nağıllar aləmində kimlər yox idi ki?! Nə vaxtsa həsrətlə baxdığım böyük sənətkarlar və onların arasında da mən. Yadımdan çıxmışdı ki, mən özüm də böyüyüb yekə kişi olmuşam. Sənətdə nə etmişəm, nə etməmişəm, bilmirəm, amma bunların arasındayam. Konsertdən sonra prezidentimizlə səmimi bir görüşümüz oldu. Mən həmişə elə bilirdim ki, prezidentlərlə görüşdə rəsmi olmaq lazımdır, amma heç nədən çəkinmədən prezidentimizlə görüşdük. Elə bildik ki, 100 ildir məni və hamımızı tanıyır. Hamı ilə gülərüz, səmimi danışır, söhbət edirdi. Vallah adama elə gəlir ki, nağıllar aləmindəsən. İndi mən sizinlə danışıram, Şuşadan gəldiyimdən artıq 2 gün keçib, mən hələ də ordayam. Mən Şuşada evimizi də tapdım, 100 faiz bilirdim ki, ulu baba və nənələrimin, atamın ruhu pərvaz edir, sevinir. Amma onların arasında ən çox sevinən, ən çox pərvaz edən, bizimlə birlikdə Cıdır düzündə gəzən ulu öndər Heydər Əliyevin ruhu idi. Çünki o bu mübarizədə çox əziyyətlər çəkdi, qələbənin təməl daşlarını vaxtilə o qoydu. Onların hamısına rəhmət, yerdə qalanlara isə can sağlığı arzulayıram. Çünki bizim Şuşada işimiz çoxdur. Mənə ən xoş gələn də o oldu ki, hal-hazırda Şuşada iş gedir. Şuşa tikilir, təmir olunur. Şuşada həmişə su qıtdığı var idi, hətta xan qızı Natəvan ora su çəkdirmişdi, indi isə hansı "krant"ı açırsan su gəlir.
Mən hərdən gözlərimi yumurdum, qorxurdum şəhərə baxmağa, şəhər darmadağın olunub. Amma o biri tərəfdən də tikib, yaradırlar. Siz kaş görəydiniz ki, biz Şuşaya girəndə ordumuzun əsgərləri necə sevindilər. Nə bilim vallah, onu görmək lazımdır. Tamam unutmuşdum ki, onlar əsgərdir, elə bilirdim ki, öz balalarımla, oğlumla görüşə gəlmişəm. Hətta bir şəkil çəkdirdim, əsgər mənə dedi ki, Şamil əmi, mən hər zaman səni görmək istəyirdim, dedim ki, bax mən də sənin yanına gəlmişəm. Mən inanıram ki, bundan sonra da hər şey yaxşı olacaq. Bu 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin aforizmə, atalar sözlərinə çevrilən sözləri var- "Qarabağ Azərbaycandır" , "Əziz Şuşa, biz səni dirçəldəcəyik"! Fikirlərimi istəyirəm mən də bu sözlərlə bitirim - "Əziz Şuşa, mənim anam, gözümün nuru, başımın tacı, bunu mən demirəm, prezidentimiz deyir, biz səni dirçəldəcəyik" deyə Xalq artisti bildirib.