Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimov Vahid Ələkbərovdan indi 2 milyard dollar yox, cəmi 151 milyon dollar istəyir


Azərbaycanlı iş adamı Mübariz Mənsimovla digər azərbaycanlı biznesmen-oliqarx Vahid Ələkərovla London məhkəməsində neçə ildir davam edən məhkəmə çəkişməsində vəziyyət kəskin dəyişib.
Mübariz Mənsimov Vahid Ələkbərovdan 2 milyard dollar təzminat tələbini dəyişərək indi cəmi 151 milyon dollar istəyir.

Xatırladaq ki, neft daşımaları ilə məşğul olan “Palmali” şirkəti ilə “Lukoil” şirkətinin törəmə şirkəti olan neft treyderi “Litasco” arasında məhkəmə çəkişməsi 2017-ci ildən başlayıb. “Palmali” şirkəti London Yüksək Məhkəməsində iddia qaldıraraq “Litasco”dan 2 milyard dollar təzminat tələb edib. Mübahisənin səbəbi isə “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun dediyi kimi, “Litasco”nun onlarla müqavilə öhdəliklərini pozmasıdır. Mənsimov iddia edirdi ki, “Litasco” “Lukoil” şirkətinin Xəzər dənizindən hasil etdiyi neftin daşınmasına dair müqavilə öhdəliklərini pozmaqla onlara 4 milyard dollara yaxın zərər vurub.

“Palmali” və “Litasco” arasında neftin daşınmasına dair müqavilə 2005-ci ildə 10 illiyə imzalanıb, razılaşmaya görə tərəflər etiraz etməsə müqavilə daha 5 il uzadılmalıydı. Lakin 2015-ci ildən etibarən tərəflər arasında münasibətlər korlanıb, mübahisə daha sonra məhkəmə çəkişməsinə çevrilib.
London Yüksək Məhkəməsinin bildirdiyinə görə, “Palmali” şirkətinin sahibinə tələb etdiyi təzminatın məbləğinin azaldılmasına icazə verilib. Təzminatın məbləği iş üzrə məhkəmə araşdırmalarının başlanması tarixinin təxirə salınmasının ardınca dəyişdirilib. Belə görünür ki, tərəflər məhkəmə prosesinin başlanmasından əvvəl təzminat məbləği barədə razılığa gəliblər və “Litasco” “Palmali” ilə münaqişəni davam etdirməmək üçün ona müəyyən məbləğ ödəməyə hazırdır.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10