
Son vaxtlar Masallıda qadınların bıçaqlanması halları çoxlaıb. Təkcə bir ay ərzində Ərkivan qəsəbəsinin 2 yanaşı məhəlləsində 2 qadın bıçaqlanmışdı. Cenub.az bildirir ki, növbəti qadın bıçaqlanma hadisəsi isə Masallı rayonunun Həsənli kəndində baş verib. Rayonun Öncəqala kənd sakini, 1984-cü il təvəllüdlü Kəmaləddin Adil oğlu Əzizov, əvvəlki arvadı, 1994-cü il təvəllüdlü, Həsənli kənd sakini Əzizova Zəhra Əsgər qızını anadan olduğu Həsənli kəndindində bıçaqlayıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əzizovaya çənəaltı, sol bazu və sağ əlin bilək nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Çoxlu qan itirən yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Məlumatı report.az yayıb.
Cenub.az