Bu yazıda dünyanı dəyişdirəcəyinə inanılan dərmanın əslində ciddi problemlərə yol açması ilə bağlı faktları təqdim edəcəyik.
"Chemie Grünenthal" şirkətinin dünyanı dəyişdirəcək dərmanı Almaniyanın ən zənginlərindən biri olan Virtz ailəsinə məxsus olan "Chemie Grünenthal" şirkəti 1950-ci illərin əvvəllərində dünyanı dəyişdirəcəyini iddia etdikləri bir dərman hazırlayıb.
Bu dərmanın təsiri insan bədənini robot kimi işləməyə vadar edib. İstifadə edildikdə immunitet sistemi təzyiq altında qalaraq aktivləşib, şəxs hansı vəziyyətdə olursa-olsun bədəni xəstəliklərlə mübarizə aparmağa başlayıb.
Böyük bir ağrıdan əziyyət çəkən yaşlılar, heç yatmayan uşaqlar, ağrıları səbəbiylə nəfəs ala bilməyən hamilə qadınlar... Halbuki bu dərmanı hər kəsin istifadə edə biləcəyi deyilirdi.
Qərbi Almaniyada “Contergan” adı altında istifadəyə verildikdə dərman üzərində testlər hələ tamamlanmamışdı. Ancaq Almaniya hökuməti İkinci Dünya müharibəsində onlara kömək edən Virtz ailəsinə güvənirdi. Reseptsiz istifadəsi təşviq edilən “Contergan” həkimlərə pulsuz olaraq verildi, qəzetlərdə və küçələrdə hamının istifadə edə biləcəyindən bəhs edən, möcüzəvi bir dərmanın tapılması elan edildi.
Amerika dərman bazarına da açılmaq istəyən şirkət lazımi testlərdən keçmədiyi üçün doktor Françes Oldham Kelsey tərəfindən ölkəyə girişi qadağan olundu.
1960-cı ilin sonlarında Almaniya ərazisində qüsurlu doğuşların sayının sürətlə artması diqqət çəkməyə başladı. 1961-ci il sentyabr ayında ilk dəfə həkim Hans-Rudolf Wiedemann (Hans-Rudolf Videman) “Krefeld Dövlət Xəstəxanasında” son 10 ayda 13 qüsurlu doğuş halının qeydə alındığını və dünyaya gələn uşaqlarda ətrafların düzgün inkişaf etmədiyini yazdı. Lakin həmin qüsurların səbəbini müəyyən edə bilmədiyinə görə həkim ümumi olaraq səbəbi “toksiki faktor” olaraq qeyd etmişdi. Həmin dövrdə nüvə silahlarının çox sıx sınaqdan keçirilməsi əhalidə ciddi qorxuya səbəb olmuşdu. Həkimlərin də atom sınaqları nəticəsində meydana gələn qüsurlu doğuşlar haqqında çoxsaylı məqalələr çap etməsi, əslində bu problemin kökündə duran əsas səbəbin tapılmasını xeyli gecikdirmişdi.
Amerika bazarlarına girə bilməməsinə baxmayaraq “Contergan” artıq satıldığı bütün ölkələrdə hamilə qadınlar tərəfindən istifadə olunmağa başlanmış və dünyanın böyük bir hissəsinə yayılmışdı.
Lakin qısa bir müddətdən sonra dərmanı istifadə edən insanlarda müxtəlif yan təsirlər meydana gəlmişdi. Bu dərmanı istifadə edən şəxslərdə sinir nəzarətinin itirilməsi, zəiflik, baş ağrısı və əzələ ağrıları kimi hallara rast gəlinib . Bununla birlikdə, bu yan təsirlər belə cəmiyyətdə geniş yayılmış istifadəni azaltmadı və hətta dərman resept olmadan yayılmağa davam etdi.
Kanadada bir qadın doğum evinə aparılır. Ancaq doğuş tamamlandıqdan sonra otaqda sevincdən daha çox səssizlik hökm sürürdü. Həkim körpəni ananın qucağına verəndə, otaqdakı sükutu görən ana baş verənlərə təəccüblənib. Qüsurlu doğulan körpənin qolları yox idi. Bədəni də normal ölçüdə deyildi və görünüşündə fərqli qəribəliklər nəzərə çarpırdı.
Dərmanın bütün testləri başa çatdıqda, anadan fetusa keçərək müxtəlif funksional pozğunluqlara səbəb olduğu başa düşüldü. Anadan qüsurla doğulan körpələr gələcəkdə bir çox xəstəliyə də həssas oldu.
İnsanlara kömək etmək və ağrılarını aradan qaldırmaq vədi ilə bazara çıxarılan bu dərman sayəsində 90 min körpənin müxtəlif sümük xəstəliklərinə və yüksək həssaslığa sahib olduqları aşkar edildi. Bundan əlavə bu uşaqlar böyüdükcə ürək xəstəlikləri ilə də qarşılaşdılar. Ailələri və yaşadıqları cəmiyyət tərəfindən qəbul edilməyən bu uşaqların bir çoxu həyatlarını nifrətlə davam etdirsələr də, bəziləri bu vəziyyətə dözə bilmədikləri üçün intihar etdilər.
Bu dərmanı istehsal edən şirkət bunu sadə bir səhv adlandırıb. Ancaq bu hal təsirinə görə tibb tarixində "talidomid fəlakəti" olaraq yerini alıb.
2012-ci il 31 avqust tarixində “Grünenthal”ın icraçı direktoru Harald F. Stok ilk dəfə olaraq preparatı istehsal etdiklərinə və qüsurlu doğulan körpələrə qarşı laqeyd yanaşdıqlarına görə üzr istəyib.
Stok tədbir zamanı talidomiddən zərər çəkənləri simvollaşdıran yuxarı ətrafları qüsurlu qız və yanındakı boş stuldan ibarət heykəlin örtüyünü açıb. Son 50 ildə bütün talidomid qurbanlarından onlara birbaşa (üz-üzə) yardım etmədikləri üçün üzr istəyib. Bu hadisə baş verən zaman təqribən 5-6 min zərərçəkmiş hələ də yaşayırdı. Talidomid qurbanlarının vəkilləri bu üzrü çox gecikmiş və fəlakət qarşısında çox kiçik olmaqla yanaşı, bir növ təhqir hesab ediblər.
Turan Oruc
Musavat.com