Son günlər Azərbaycanda koronavirusa yoluxmada azalmalar baş verir. Yoluxanlarla bağlı artan zəncirin nisbətən qırılması, buna paralel vaksinasiya prosesinin də davam etməsi ölkədə karantin rejimi ilə bağlı növbəti yumşaldılmaların edilə biləcəyini gündəmə gətirib. Xüsusilə də metronun açılması barədə daha çox danışır.
Bu və havaların istiləşdiyi nəzərə alınaraq, karantin rejimində hər hansı yumşalmalara gedilə bilərmi?
Cenub.az xəbər verir ki ,Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı danışarkən bildirib ki, karantin rejiminin yumuşalması vaksin prosesindən asılıdır:
“Karantin rejimin yumuşalması yoluxma statistikasından və vaksinasiya prosesindən asılıdır. Ölkə üzrə 45-50 % insan vaksin olunmalıdır ki, karantin rejiminin yumuşalmasından danışa bilək. İnsanlarımız bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Qeyd etmək lazımdır ki, vaksin ehtiyatımız da kifayət qədərdir”.
Deputat deyib ki, qarşıdakı 7-10 gün ərzində yoluxma bu tempdə azalarsa, karantində yumuşalma olacaq:
“Statistikanın getdikcə müsbətə doğru dəyişməsi bizi sevindirir. Buna baxmayaraq, hələ də yoluxma sayı kifayət qədər yüksəkdir. Buna görə də yumuşalmadan danışmaq bir az tezdir. Yaxın bir həftə ərzində bu tempdə aşağı düşmə olsa, karantin rejimi yumuşalacaq. Hesab edirəm ki, buna doğru da gedirik.
Artıq bölgələrimizdə də yoluxmada azalma hiss olunur. Hazırda yoluxma əsasən Bakıda üstünlük təşkil edir. İnşallah, Bakıda da bir qədər vaksinasiya prosesi sürətlənərsə, təxminən 7-10 gündən sonra yumuşalma baş verə bilər”./Modern.az