Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının sabiq rəhbəri 78 yaşında dünyasını dəyişdi


Cenub.az xəbər verir ki, İltifat Məmmədov vəfat edib.

Xatırladaq ki, İltifat Məmmədov 1943-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. ADPİ-nin tarix-filologiya fakültəsini bitirmişdir. Əvvəllər müəllim işləsə də, sonralar rəhbər partiya və sovet işində çalışmışdır. Masallı Rayon İcraiyyə Komitəsinin sədri, rayon partiya komitəsinin şöbə müdiri, 2-ci katibi, daha sonra isə 1-ci katibi vəzifələrində işləmişdir. O həm də Azərbaycan Ali Sovetin deputatı olmuşdur.

Allah rəhmət eləsin!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10