Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Mübariz Mənsimovun Fətullah Gülənin yanına azı 10 dəfə getdiyini mən bilirəm..."


Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar azərbaycanlı iş adamı və “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun FETÖ lideri Fətullah Gülənlə yaxın olduğunu deyib. Virtualaz.org xəbər verir ki, son günlər adı mafiya lideri, Türkiyəni tərk edəndən sonra “dərin dövlət” barədə bir sıra iddialar səsləndirən Sedat Peker mövzusu ilə bağlı gündəmə gələn Mehmet Ağar bu haqda “Sözçü” qəzetinə danışıb. Sedat Peker iddia edirdi ki, Mehmet Ağar Mübariz Mənsimovu FETÖ ilə əlaqələndirmək üçün ona tələ qurub, “Palmali” şirkətinin sahibini  Pensilvaniyaya getməyə inandırıb və daha sonra həbsə atdıraraq biznesini ələ keçirib.

Mübariz Mənsimov Pensilvaniyaya Mehmet Ağarın tövsiyəsi ilə getdiyini məhkəmədə ifadəsində də demişdi. Bildirmişdi ki, cəmi bir dəfə Fətullah Gülənin yanında olub, onda da aldadıldığını başa düşüb və daha bu adamla heç bir əlaqə saxlamayıb.
Lakin Mehmet Ağar deyir ki, Mübariz Mənsimov Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib. “Davamlı gedib-gəlirdi. Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim təyyarəm yoxdur, Fətullah Gülənlə bağlantım da yoxdur. Onun Fətullah Gülənlə yaxınlığı bilinirdi”,-keçmiş daxili işlər naziri bildirib.
M.Mənsimov FETÖ ilə əlaqələrdə ittiham olunaraq ötən il həbs edilmişdi. Bir neçə ay əvvəl məhkəmə onun işinə baxıb və barəsində şərti cəza verilməklə ev dustaqlığına buraxılıb.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10