
Məsələn, filankəs Fələstinə yardım göndərdi, filan ölkə Fələstinə silah-sursat verdi, filan xalq Fələstində öz bayrağını asıb, məhəlləsi var və s.
Lakin faktiki olaraq hazırda 2 Fələstin var. Bunları qısa bir şəkildə ayırd etmək üçün bəzi nüansları qeyd edəcəyəm.
1. İsrailin tərkibindəki Fələstin Muxtariyyəti.

Kimsə və ya hansısa ölkə "Fələstinə yardım" göndərəndə adətən bu Fələstinə göndərir.
Bu Fələstinin dünyanın bir çox ölkələrində diplomatik korpusları, səfirlikləri var. Həmçinin Azərbaycanda da. Bu Fələstinlə diplomatik əlaqələr qurmaq İsraili çox zaman narahat etmir. Çünki öz nəzarəti və tərkibindədir. Bu arada bəzən mediada rastımıza çıxan "Fələstin-Erməni" əlaqələri məsələsi adətən bu Fələstinə aiddir. Yəni Fələstində yaşayan ermənilər bu Muxtariyyət olan Fələstində yaşayırlar.
2. Aralıq Dənizi sahilində Qəzza Zolağındakı Fələstin - Gaza Strip.

"Fələstinə silah yardımı edən ölkələr" adətən bu - Qəzzadakı Fələstinə bu yardımı edir.
Bölgə İran, Türkiyə, Qətər və BMT-nin yardımları ilə ayaqda durur. İran və Türkiyə gizli yolla, BMT İsraillə razılaşaraq, Qətər isə bəzən İsraillə razılaşaraq, bəzən də gizli olaraq öz humanitar və silahlı yardımlarını buradakı qruplaşmalara və 1.5 milyon sivil əhaliyə göndərir.
Əgər kimsə və ya hansısa ölkə bu əraziyə humanitar və ya silahlı yardım göstərərsə avtomatik İsrailin qara siyahısına düşür və dolayısı ilə də Qərb ölkələrinin. İsrailin tez-tez hərbi əməliyyatlar həyata keçirdiyi və bombaladığı Fələstin məhz bu Fələstindir. Həmasla FƏTH - yəni 1-ci Fələstinlə 2-ci Fələstin bir-biri ilə çox soyuq, hətta düşmən münasibətdədir.
Həmasda ermənilər yaşamır.
İlkin Mirzəzadə
Cenub.az