
İki silahlı şəxsdən biri tutulub, digəri isə məhv edilib
Bu gün Tatarıstanda, Kazanda 175 nömrəli məktəbdə baş verən atışmada 9-u uşaq olmaqla, 11 nəfər ölüb.
Cenub.az TASS-a istinadən xəbər verir ki, şagirdləri atəşə tutan iki silahlı şəxsdən biri tutulub, digəri isə məhv edilib.
Hadisədən sonra Kazanın digər məktəblərində təhlükəsizlilk tədbirləri gücləndirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.