Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

CƏLİLABAD. “Şəhidin evinə çəkilişə gələn jurnalistləri müavinlər rayondan necə qovdurub?..”



Xəbər verdiyimiz kimi ölkədə məmur özbaşınalığının ən çox baş verdiyi rayonlardan biri də Cəlilabaddı. 
Hansı ki, rayonda yaşayan və “Region səs” qəzetinin baş redaktoru olan yazıçı, jurnalist Asif Həsənli Cəlilabad haqqında “Arıq eşşəyin yaylağı” adlı kitab yazıb. 

Elə həmin Cəlilabad rayonudur ki, vaxtilə rayona icra başçısı təyin edilən Əziz Əzizov buranı xaraba qoydu. Daha sonra onun ardınca, Namiq Zeynalov rayona icra başçısı təyin olundu. N.Zeynalov da iki il ərzində rayonun “qanını içdi”. Elə buna görə də ötən ilin dekabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən o, həbs edildi. 

İndi A.Həsənlinin diliylə desək, “Arıq eşşəyin yaylağı” icra başçısız qalıb. Rayonun idarə olunması isə birinci müavin Mansur Məmmədova tapşırılıb. M.Məmmədov isə indi özünü rayonda elə aparır ki, adamlar vallah N.Zeynalovun ölənlərinə rəhmət oxuyurlar. Son vaxtlar M.Məmmədov haqqında da mətbuatda kifayət qədər şikayətlər dərc edilib. 

Rayonun idarə olunmasında sözü keçən ikinci adamlardan biri də icra hakimiyyətində başçının müavini-ictimai və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənovadır. Son aylar rayondakı özbaşınalıqların mətbuatda işıqlandırılmasından narahat olan M.Məmmədov və E.Həsənova yeni “qanun” qəbul ediblər. 

Onlar yerli icra nümayəndələrinə, bələdiyyələrə tapşırıblar ki, kəndlərdə onların icazəsi olmadan heç kimin problemi mətbuatda dərc edilə bilməz. Bununla yanaşı, rayon gələn jurnalistlər birinci onların yanına gəlməli, çəkilişin səbəbini deyib, icazə almalıdır. Əgər onlar icazə verməsə, çəkiliş aparıla bilməz. 


Elə bir neçə gün öncə rayonun Muğan kənd sakini Xaqani Dəmirov Vətən müharibəsində şəhid olan qardaşı Həsən Dəmirov haqqında çəkiliş etdirmək üçün paytxatdan iki jurnalisti evinə dəvət edib. Bundan xəbər tutan M.Məmmədov və E.Həsənova dərhal jurnalistləri İcra Hakimiyyətinə çağırıb, onların izahatını alaraq dərhal rayonu tərk etmələrini tapşırıb. Hətta jurnalistləri şəhid ailəsindən pul almaqda ittiham ediblər. Bundan sonra jurnalistlər kor-peşman rayonu tərk ediblər. 

Bu gün isə rayon əhalisi sözünü demək üçün yeni icra başçısının yolunu gözləyir. Amma aradan 6 ay ötür və rayona hələ də icra başçısı təyin olunmayıb.

İnfom.az
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10