Kulis.az dahi insanların qeyri-adi xüsusiyyətlərini diqqətinizə çatdırır.
Eynşteyn
İşləyərkən saçlarını kəsdirmir, mümkün qədər az yatır, yeməyini işləyə-işləyə yazıların arasında yeyirdi. Ən vacib iclaslara gedəndə bir-birinə uyğun gəlməyən rəngli paltarlar geyinirdi.
Edison
Yuxunun düşməniydi. Yuxuda keçirilən zamanı itki hesab edirdi. Gün ərzində bir, ya iki saat yatırdı.
Beethoven
Tərs və əsəbi adam idi. Yanında işləyənlərə və yaxınlarına çox kobud davranır, söyüş söyürdü. Uzun zaman işləyəndən sonra bir vedrə buzlu suyu başından tökər və təkrar işləməyə başlayardı.
Leonardo Da Vinci
Həddindən çox sahələrlə maraqlanırdı və məşğul olurdu. Davamlı səyahətlərə çıxır, müxtəlif sahələrlə bağlı araşdırmalar aparırdı.
Charles Dickens
Masasında təzə çiçəklər, üstünə mis dovşan qoyulmuş təmiz kağızlar və döyüşən iki qurbağa heykəlciyi olmasa işləyə bilmirdi.
Lui Armstronq
Dahi cazmenin həyatı konsertlərdə və səfərlərdə keçib. O, məşqə heç cür vaxt tapa bilmirdi və konsertlərinə ard-arda çıxırdı. Demək olar, məşqi də, ifanı da eyni vaxtda - səhnədə, tamaşaçı qarşısında edirdi.
Səməd Vurğun
Şeir və poema yazarkən rəsmi geyinir, qalstuk taxırdı.
Səttar Bəhlulzadə
Dərviş kimi sərgərdan həyat sürür, bəzən küçədə yatırdı.