Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda azyaşlını avtomobillə vuraraq öldürən müğənni saxlanılıb


Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.
 
Avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən Nəzərov Nihad Ramil oğlunu vurub.
Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir./report





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10