“Onlar hər gün namaz qıldıqlarına görə qoruma qübbəsi altında olurlar...”
“AllatRa TV” “YouTube” kanalı özünü sehrbaz, maq adlandıran Janna Kuşnir ilə bir müsahibə yayımlayıb.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Digər şeylərlə bərabər bu müasir cadugər maqik ayinlərlə İslama mənsub olan insanlara hər hansı bir şəkildə təsir göstərmək cəhdlərinin nəticəsiz qaldığını etiraf edir.
“Müsəlmanlara təsir göstərmək çətindir, çünki onlar hər gün namaz qıldıqlarına görə qoruma qübbəsi altında olurlar. Müsəlmanların əksəriyyətinin inancı çox güclüdür, buna görə də həqiqi bir müsəlman möminə təsir etmək çox çətindir" –deyə bu əcaib qadın bildirir.
Kuşnirin fikrincə, xristianlar əksər hallarda kilsəyə yalnız həyatlarında bəzi problemlər yarandıqda gəlirlər və sonra ibadət etməyi uzun müddət unudurlar. Cadugər çox az xristianın gerçəkdən inanclı olduğunu hesab edir.
“Hətta şərhlərində Tanrının ruhlarında olduğunu, həqiqi mənada inandıqlarını yazanların da əslində tamamilə fərqli biri olduğu ortaya çıxır. Əvvəlcə mənim məşğul olduğum əməlin bir günah olduğunu, sonra isə şəxsi ismarışlarında xidmətlərimdən istifadə etmək istədiklərini yazırlar. Məsələn, onlar üçün başqalarının şanslarını, hansısa faydalarını, pullarını, uğurlarını mənimsədən "kradnik"(“oğurlayıcı”) cadusu etmək istədiklərini xahiş edirlər”- cadugər Kuşnir belə deyir.
Hər bir insan hər hansı bir cadu əməli edən məxluqlara münasibətini daha çox dini inanca əsaslanan həyat təcrübələrinə və dinlərinə görə təyin edir. İslam dininin qanunlarına görə sehr, cadu - böyük günahlardan biridir.