Son günlər yağan aramsız yağışlar bir sıra problemlər yaradıb. Lənkəran şəhərinin bir sıra mərkəzi küçələri, eləcə də Girdəni və Sütəmurdov kəndlərində yağışlar daha çox çətinliklər yaradıb.
Xüsusən azyaşlıların məktəbə və uşaq bağçalarına gediş-gəlişində ciddi problemlər var.
Rəsmilər deyir ki, yağışlar bu il normadan artıq yağıb, ciddi tədbirlərdən isə soraq yoxdur.
Bu gün Lənkəran şəhərində qaz və elektrik təchizatında da uzunmüddətli fasilələr olmuşdur.