
Maraqlıdır, bir il qabaq islah işlərinə məhkum edilmiş şəxs , təbii ki, müraciət etmədiyi halda, əfvə salınıb , amma hər gün , hər həftə əfv üçün müraciət edən əfvdən qıraqda qalıb. Ədliyyə, hüquq sisteminin, penitensiar xidmətin “ədalətinə” baxın! Elə bilirsiniz, şişirdirəm? Baxın , Zahid Bədəlov Xətai RİH-in 96 saylı MKTB-sinin müdiri olanda onun sahəsinə aid olmayan və təbii ki, heç bir məsuliyyət daşımadığı sahədə ağac kəsiminə “səhlənkar yanaşdığına” görə, Xətai məhkəməsinin 2017-ci il tarixli hökmü ilə 3 il islah işlərinə məhkum edilib. “Səhlənkar məhkum” nə qədər apellyasiya və ali instansiyada da bildirsə də ki, ona aid olmayan sahədə baş verənlərə cavabdehlik daşıya, səhlənkar yanaşa bilməz, hər üç instansiya məhkəməsi hakimləri bildirib ki, noolsun, sahə sənin deyil, görməli idin ki, qanunsuz ağac kəsilir! (?) Hər ay əməkhaqqından vəsait tutulan şəxs nə qədər and-aman etsə də ki , axı, həmin sahənin öz müdiri, sahə müvəkkili, bələdiyyəsi və s. və i.a “səhlənkar” rəsmiləri var, baxan olmayıb. Əlacsız məhkum cəzasının bitməsinə bir il qalanda - 2019-cu ildə əfv olunması üçün müraciət edib. Gözlənilənlərin və vədlərin əksinə olaraq, “səhlənkar” “xatakar” əfvə salınmayıb və 2020-ci ildə cəza müddəti başa çatıb. Yəni , günə-gün “səhlənkarlığının” cəzasını çəkən şəxs, həm də məhkumluğunu tam ödəmiş olur. Necə olur, 1 il qabaq cəzadan azad olmuş şəxs , müraciət etmədiyi halda, əfv siyahısına salınıb? Bu fakt əfv məsələsinin də rüsum qarşılığında edildiyini ortaya qoyur.
Ədliyyə sistemində, penitensiar xidmətdə qanunsuz haqq tutulmasını eşitmişik də, görmüşük də! Amma beləsini görməmişdik. Görəsən əfv siyahısına salınmanın haqqı nə qədərdir? “Sevgi mesajı” dustağı, məcburi köçkün, Qarabağ qazisi ailəsinin oğlu Elməddin Mehdi oğlu Kərimov nə qədər “əfv haqqı” ödəməlidir ki, üz-gözü 4 ildən sonra işıq üzü görsün?
Məğrur Bədəlsoy
teref.az