Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Uşaq evində bir böyüdük, daha sonra..." - Bu xanım Arif Quliyevin doğma bacısıdırmı?


Xalq artisti Arif Quliyevin dəfnində bir xanımın ağlayaraq özünü aktyorun bacısı kimi təqdim etməsi diqqətdən qaçmayıb. Hamını bir sual düşündürdü-Axı Arif müəllim uşaq evində böyüyüb, elə isə bu qadın kimdir?
 
Özünü Arif Quliyevin bacısı kimi təqdim edən Zərifə Rəhimova Moderator.az-a açıqlama verib.

"Mən Ariflə uşaq evində birgə böyümüşəm, o vaxtdan elə bacı-qardaş kimi idik. Arifin övladları mənə bibi, mənim də övladlarım Arifə dayı deyib həmişə. Vallah biz Ariflə doğma bacı-qardaşdan da artıq olmuşuq. Toyumuz da, pis günümüz də bir yerdə olub. Daha sonra ayrı-ayrı uşaq evlərinə düşdük, bir-birimizi itirdik. Nəhayət 1988-ci ildə məktublaşdıq, qovuşduq. Bir dəfə də olsun onun məndən incik düşdüyünü görmədim. Hər zaman deyib-gülürdü, bir problemim olan kimi fikrimi yayındırırdı. İstəmirdi ki, kimsə üzülsün, göz yaşı töksün. Amma biz indi onun üçün göz yaşı tökürük. Böyük itkidir, mənim üçün də, tamaşaçılar üçün də. Mayın 16-da doğum günüdür, heç 71 yaşını da görmədi" deyə Zərifə xanım bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10