Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərkivanda daha bir bıçaqlanma


Ərinin kəsici alətlərdən ona vurduğu çoxsaylı zərbələrdən ağır yaralar almış qadın ölümdən necə qurtuldu?

Cənub.az bildirir ki, Iki gün öncə Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində  ağır fəsadlara səbəb olmuş bıçaqlanma hadisəsi baş vermişdir.

Belə ki, Ərkivan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Nəsirov Rəşad Əkbər oğlu, 1989-cü il təvəllüdlü olan həyat yoldaşı Eynullayeva Sevinc Vüqar qızına (Xatırladaq ki, S. Eynullayeva əslən rayonun Həsənli kəndindən olan, vaxtı ilə Qarabağ Veteranları Cəmiyyətinin rayon şöbəsinin rəhbər Vüqar Eynullayevin qızıdır) ailə münaqişəsi zəminində mübahisə zaman çoxsaylı zərbələr endirmişdir. Zərbələr boğaz nahiyəsinə və bədənin digər yerlərinə “otvyorka” və bizlə vurulmuşdur.

Cənub.az bildirir ki, Kəsici alətlərlə çoxsaylı zərbələrə məruz qalmış qadın olduqca ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdır. Masallı Bioloji Təbabət klinikasında olduqca operativ və peşəkar səviyyədə xidmət nəticəsində ölümün bir addımlığından həyata qayıtmışdır. Həmin vaxt xoşbəxtlikdə həmin xəstəxanada olan, Türkiyədən gəlmiş uzman həkimlər gənc xanımın ölümdən qurtulmasında olduqca əhəmiyyətli rol oynamışlar.

Hazırda S. Eynullayevanın ölüm təhlükəsi sovuşsa da, vəziyyəti ağır olaraq qalır.

Hadisəni törətməkdə şübhəli bilinən Rəşad Nəsirov isə həbs olunmuşdur.

Xatırladaq ki, bundan 2 həftə öncə Ərkivanının Bədirli məhəlləsində də ər-arvad arasında bıçaqlanma hadisəsisi baş vermişdi.

Gənc ailələr arasında belə xoşagəlməz hadisələrin çoxalması olduqca ciddi sosial araşdırmalar tələb edir.

Cenub.az. Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10