Cenub.az saytı xəbər verir ki,Xudayar Həsənov bu vəzifəyə təyinat aldı. İdarənin 5 işçisi isə, Əhəd Əhədov başda olmaqla bir gün öncə vəzifələrindən azad edilib.
Cenub.az-a bir neçə dəqiqə öncə daxil olan məlumata görə bu gün, 07 may 2021-ci il tarixdə Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Nazim Muradov vəzifəsi ilə vidalaşıb. Xatırladaq ki, Nazim Muradov 8 aya yaxın idi ki, bu vəzifədə çalışırdı. Əvvəllər anadan olduğu kənddə - Güllütəpədə Ərazi nümayəndəsi, sonra Masallı DSMF-də müavin, Masallı Icra Hakimiyyətində təlimatçı işləyib. Ötən ilin avqustundan burada çalışır. Onu da xatırladaq ki, bir neçə ay idi ki, “kommunxoz”da Pespublika Baş Prokurorluğunun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin göstərişi ilə Maliyyə Nazirliyi bu təşkilatda ciddi yoxlamalar aparırdı. Hazırda yoxlamaların nəticələrinin Ağır Cinayətlər Məhkəməsində araşdırıldığı barədə söhbətlər dolaşır.
Cenub.az bildirir ki, onun yerinə əslən Göyəçöl kəndindən olan, əvvəllərdə həmin kənddə ərazi nümayəndəsi, sonra komsomolda katib, bir sıra istehsalat sahələrində rəhbər vəzifələrdə çalışan, hazırda İHB-nin Öncəqala kənd Ərazi Dairəsi üzrə nümayəndəsi olan Xudayar Həsənov təyinat alıb.
Bir məqam da maraqlıdır ki, Nazim Muradov vəzifəsi ilə vidalaşmada bir gün öncə həmin təşkilatın yığım şöbəsinin müdiri Əhəd Əhədov başda olmaqla , həmin şöbənin 4 işçisi Münasib Qurbanov, Xanlar Rzayev, Telman Nuriyev və Sadif Mehdiyev maliyyə çatışmazlığına görə daşıdıqları vəzifələrindən azad edilib.
Yeni müdir, Xudayar Həsənov məlumatı təsdiqləyib.
Xudayar müəllimi, yeni vəzifəsi münasibəti ilə təbrik edirik.
Cenub.az Zahir Əmənov