
Məlumat üçün bildirək ki, Şirvan bəy Masallı rayonunun Dəmbəlov kəndində anadan olub, daha sonradan Qəriblər kəndində yaşayıb. Uzun müddətdir ki, Rusiyanın Norilski vilayətində sahibkarlıqla məşğuldur. Onun şirkətində yüzlərlər azərbaycanlı, eləcə də masallılı çalışır.
Şirvan bəy öz yurduna da çox bağlı olan insan və xeyriyyəçidir. Belə ki, Qarabağ savaşı zamanı orduya yüz min manatlarla yardım göstərib, bir şəhid üçün
baş daşı düzəltdirib, Qəriblər məscidi onun vəsaiti ilə əsaslı təmir edilib, kənddə Mərasim Evinin inşasına yardımçı olub. Bundan əlavə kənddə 300 metrə yaxın kəndarası yola onun vəsaiti ilə asfalt döşənib. Dəfələrlə, xüsusən pandemiyanın kəskin dövründə kənd sakinlərinə ərzaq yardımı göstərib. Qısası, onun xeyriyyəçi işlərinin sırası bitmir

Şirvan bəy saxlanma ərəfəsində anasının Qəriblər kəndində keçirəcək 40 mərasiminə gəlməyə hazırlaşırmış.
Onun hansı səbəbdən saxlanmasının motivləri bəlli deyil. Kənd sakinləri, eləcə də onu tanıyanlar bu olayın olduqca təəssüflə qarşılayıb və inanırlar ki, yaxın vaxtlarda Şirvan bəyi yenə də azadlıqda, xeyriyyə işlərinin önündə görəcəklər.
Cenub.az. Faiq Hüseynzadə