Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixdə bu gün...


4 may 1914-cü il...
Tiflisdə keçirilmiş qurultayda ermənilər “erməni bankı açmaq haqqında” qərar qəbul edirlər. Neft kralı Mantaşov öz vəsaiti hesabına Kiçik Asiyada bank açmağı təklif edir. Davakar erməni dairələrini maraqlandıran da elə bu idi. “Erməni məsələsi”də bu məqsədlə erməni rus ağalarının əlində bayraq edilir.
4 may 1915-ci il...
Erməni-rus hərbi birləşmələri Ərdahanda ağır faciələrlə nəticələnən kütləvi qırğın törədirlər.
4 may 1918-ci il...
Andranikin qoşunu gizli yolla Basarkeçər ərazisinə gətirilir. Onlar gecə qəflətən müsəlmanların yaşadıqları kəndlərə hücum edərək onları yandırırlar. Dinc əhali vəhşicəsinə qətlə yetirilir. Aşıq Nəcəf belinə bağlanmış qaynar samovarla yandırılaraq öldürülür.
4 may 1918-ci il...
Naxçıvan qəzasının Bənənyar və Qızılca kəndlərinə basqın edən erməni yaraqlıları 3 nəfər günahsız azərbaycanlını qətlə yetirirlər.
4 may 1939-cu il...
Qərbi Azərbaycanda “Ermənistan”, Dağ Borçalısının Loru mahalı ərazisindəki Cəlaloğlu “Stepanavan” rayonunun Çubuqlu “Pakrovka” kəndinin adı ermənilər tərəfindən dəyişdirilərək Kuybışev qoyulur.
4 may 1982-ci il...
Massaçusets ştatının Kembric şəhərində Türkiyənin Bostondakı diplomatı, fəxri baş konsul Orhan Gündüz erməni terrorçusu tərəfindən qətlə yetirilir. Qatil aradan çıxa bilir...
4 may 1988-ci il...
Erməni yaraqlıları xəlvətcə Gədəbəy rayonunun Qaravəllilər kəndi yaxınlığındakı postda hərbi avtomaşına basqın edirlər, hərbi qulluqçulara qumbaralar atırlar. Nəticədə 2 uşaq atası, 22 yaşlı leytnant Vadim Poyarkov həlak olur, sürücü sıravi əsgər Yuri Fedorşin ağır yaralanır. Quldurlar qaçıb gizlənə bilirlər...
4 may 1988-ci il...
DQMV rəhbəri Q.A.Poqosyan mina axtaran qurğunun istehsalı ilə əlaqədar olaraq Şuşadakı radiozavodu bəhanələrlə Xankəndinə köçürmək üçün DQMV PK-nin II katibi vəzifəsində çalışan B.A.Malkovu və Qarabağ İpək Kombinatının partkomu R.Köçəryanı (sonralar o, Ermənistanın prezidenti oldu) Şuşaya göndərir.
4 may 1989-cu il...
Dağlıq Qarabağın bütün erməni partiya, sovet rəhbərlərinin və deputatlarının imzası ilə M.S.Qorboçova içərisində Azərbaycanın ünvanına tərqiramiz sözlər işlədilmiş açıq məktub göndərilir.
4 may 1992-ci il....
Erməni silahlı birləşmələri günün ikinci yarısında zirehli texnikanın köməyi ilə sərhədi keçib Naxçıvan MR-nın Sədərək qəsəbəsi ərazisinə, “Qırmızı təpə” adlanan mövqeyə hücum edirlər.
4 may 1994-cü il...
Bişkekdə atəşkəs niyyəti ilə aparılan danışıqlar nəticəsində Bişkek protokolu tərtib edilir.
4 may 2000-ci il...
Səudiyyə Ərəbistanının məşhur qoca milyonçucu Məhəmməd Bin Ladenin milliyətcə erməni taciri olan Afik Akopyanın qızı Ləyyadan olan 19-cu oğlu İbrahim (o, 1984-cü ildə “Laden” beynəlxalq tikinti şirkətinin əsasını qoymuşdu) ona məxsus olan “Vadi əl-Qaid” şirkətinin filialının Yerevanda açılmasına nail olur.

Cəmil Məmmədli
Teref.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10