Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bill Qeyts arvadından boşanır


Dünyanın ən varlı adamlarından olan “Microsoft” şirkətinmin sahibi Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanıb.

Bu barədə məlumat aparıcı xarici KİV-lərdə dərc olunub.

Xəbəri Bill Qeyts özü də “Twitter” hesabında təsdiqləyib.

"Uzun müddət düşündükdən sonra nikahımızı bitirmək qərarına gəldik. Biz Fond üzərində birgə işləməyə davam edəcəyik. Lakin cütlük olaraq həyatımızın yeni mərhələsini birlikdə inkişaf etdirə bilməyəcəyik" , - deyə Qeyts bildirib..

Qeyd edək ki, Bill və Melindanın bu nikahdan üç övladı var. Şirkət sahibinin sərvəti hazırda 130 milyard dollar təşkil edir. “Bill & Melinda Gates” Fondu isə 45 milyard dollar dəyərə malikdir.

Yenisabah.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10