Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda satılan ən bahalı AVTOMOBİLLƏR


Ölkədə satılan ən bahalı avtomobilin qiyməti yarım milyon dollara yaxındır. Belə ki, Azərbaycanda ən bahalı avtomobil “Rolls-Royce” markasına aiddir.
Bakı şəhərində satışa çıxarılan “Rolls-Royce Cullinan” modelinin (6.7 L, 2019 il) qiyməti 480 min ABŞ dollarıdır (816 min AZN).

“Rolls-Royce” ailəsinə aid “Wraith” modeli isə (6.5 L, 2016 il) 304 min ABŞ dollarına (516 800 manat) satılır.

Üçüncü ən bahalı avtomobil isə “Lamborghini Huracan” modelidir. Bu modelin (5.2 L, 2017 il) qiyməti 265 000 ABŞ dollarıdır (450 500 manat).

Digər ən bahalı avtomobil isə “Mercedes” markasına daxildir. Bakıda “Mercedes-Maybach S 560” modeli (4.0 L, 2020 il) 258 min ABŞ dollarına (438 min manat) satılır.

Bakıda beşinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə adiddir. “Bentley Flying Spur” markalı avtomobil (6.0 L, 2020 il) 350 min manata satışa çıxarılıb.

Trend





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10