Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə qadını öldürən molla ilə bağlı şok faktlar – Cinayətin üstünü 5 yaşlı uşaq açıb


Aprelin 28-də Lerik rayonunun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.
Qətlə yetirən qadının yaxınlarının Trend-ə verdiyi məlumatına görə, Z.Fərzəliyevanı öz qohumu qətlə yetirib:
“1971-ci il təvəllüdlü Murad Əsgərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z.Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu cəbhə bölgəsində həqiqi hərbi xidmətdədir, digəri isə Bakıda işləyir. Qadının bir oğlu da yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.
Hadisə baş verən gün Murad Əsgərov kənd ərazisində özünə məxsus torpaq sahəsində işləyərkən Z.Fərzəliyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əsgərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əsgərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib.
Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əsgərov onu boğazından tutmaq istəyərkən bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M.Əsgərov işin üstünün açşılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əsgərov yaralı qadına ürək və boğaz nayihəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb”.
Qohumlarının dediyinə görə, M.Əsgərov qətlə yetirdiyi qadının qohumudur: “Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbiristanlığında yasin oxumaqla pul qazanırmış”.
Məlumata görə, qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb: “Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əlləri və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib. Polis uşaqla söhbət aparandan sonra Murad Əsgərov şübhəli şəxs qismində saxlanılıb. O polisə hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10