Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan: “Hakimiyyət dəyişməyəcək, ağlınıza da gətirməyin”


Nikol İkinci Qarabağ müharibəsinin Ermənistanı xeyli zəiflətdiyini də etiraf edib
 
“Ermənistanda hakimiyyət dəyişə bilməz”. Erməni mediası bildirir ki, bunu Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
 
“Çünki güc 2018-ci ildən bəri xalqa məxsusdur. Xalq hakimiyyətdədirsə, necə dəyişə bilər. Yəni ki, Ermənistanda xalq hakimiyyətə sahib olmayacaq? Bu, istisnadır. Ona görə də, hakimiyyətin dəyişəcəyini unudun. Ağlınıza belə gəlməsin”, deyə Paşinyan əlavə edib.
 
O, İkinci Qarabağ müharibəsinin Ermənistanı xeyli zəiflətdiyini də etiraf edib: “Biz insanlarla bir olmaq və yenidən gücümüzü toplamaq istəyirik”.
 
Qeyd edək ki, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri səbəbindən Paşinyan Baş nazir postunsan istefa verib. Bununla yanaşı, Nikol Baş nazir səlahiyyətlərini icta etməkdədir.
ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10