Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı – QƏRİBƏ FAKTLA


Hitler Almaniyası bəşəriyyəti ikinci dünya müharibəsinə sürükləməklə bərabər, əsirlər üzərində qeyri-insani təcrübələr keçməklə də tarixin yaddaşında qalıblar.


Faşizm olmasaydı bu sevimli içkimiz də olmazdı – QƏRİBƏ FAKTLA


Saysız-hesabsız konslagerlərdə əsirlərin üzərində aparılan təcrübələr on minlərlə insanın həyatına son qoymuşdu. Faşistlər əsirlər üzərində kimyəvi silahın təcrübəsindən tutmuş, ağrıkəsici olmadan əməliyyat qədər hər şeyi sınaqdan çıxarırlar. Amma faşist Almaniyasında ixtira edilmiş elə şeylər var ki, bu gün də dünyada onlardan istifadə edirlər.

Məsələn, antibakterial pereparat olan sulfanilamid. Alman həkimlər 1942-ci ilin iyulundan 1943-cü ilin sentyabrına qədər sulfanilamid adlı dərmanın effektivliyi üzərində təcrübələr keçiriblər. Onlar əsirləri yaralayır və bilərəkdən yaralarına qanqrena bakteriyası salırdılar. Bəzən yaranı iki tərəfdən sıxıb qanı saxlayır və içinə taxta, ya da şüşə qırıntısı salırdılar. Sonra yaranan infeksiyanı sulfanil və başqa dərmanla müalicə etməklə müqayisəvi şəkildə ən yaxşısını aşkara çıxarmağa çalışırdılar. Amma bütün bu vəhşiliklərin sonunda dünyada analoqu olmayan sulfanilamid adlı dərmanı ala bilirlər.

Və ya xilasetmə gödəkçəsi. Alman həkim Ziqmund Raşer Dahau və Auşvits əsir düşərgələrində onlarla əsirin üzərində amansız sınaqlar aparırdı. Görəsən qəfil soyuqlama nəticəsində necə xilas olmaq olar? Əsirləri soyuq sulara atır, onların bədən temperatularının necə aşağı düşdüyü izlənilirdi. Raşer müəyyən etmişdi ki, insan başı suyun üzərində qalsa, o bir müddət yaşaya bilər. Yəni xilasedicilər gələnə kimi. Və beləcə uzun tədqiqatlardan sonra başı dik saxlayan xilasedici gödəkçələr istehsala buraxılır.

Malyariyaya qarşı vaksinlər də məhz əsirlər üzərində aparılan təcrübələr nəticəsində icad edilib. Kurt Pletner əsirləri günlərlə malyariyaya yoluxdurulmuş ağcaqanadlarla bir otaqda saxlayırdı. Ağcaqanadları isə öldürmək olmazdı. Minlərlə insan bu təcrübəyə qurban getmişdi. Sonucda Pletner vaksini əldə etmişdi. Müharibədən sonra Pletner bu vəhşi təcrübəsinə görə, həbs edilmişdi. Amma həbsdə çox qalmamışdı. Hələ üstəlik, Frayburq universitetinə kafedra müdiri təyin olunmuşdu.

“Folksvagen”in bu modelini Hitlerə təqdim edəndə çox bəyənmişdi. 1937-ci ildə hamımızın “Folksvagen Juk” kimi tanıdığımız avtomobilin kütləvi istehsalı üçün 50 milyon marka vəsait ayırmışdı.

Reaktiv mühərriklər də faşist Almaniyasının ixtirasıdır. Mühəndis Verner fon Braun tədqiqatları nəticəsində ixtira edilmiş, Hitler ordusunun silahlanmasında böyük rol oynamışdı.

Və nəhayət “Fanta”. Bu içki də faşist Almaniyasında kəşf edilib. “Fanta”nın istehsalına 1940-cı ildə başlanılıb. Hitler ABŞ brendi olan “Koka-Kola”ya embarqo qoymuşdu. Almaniyada isə “Koka-Kola”nın böyük zavodu vardı. Məhz bu ərəfədə Almaniyada yaşayan amerikalılar Hitlerə “Fanta”nı təqdim etdilər. Müharibədən sonra “Fanta” “The Coca-Cola Company”-nin əsas markalarından birinə çevrildi. (Kulis.az)-





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10