Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı QHT-ləri - onlardan hansı “ölü”, hansı “diri”, hansılar diriykən ölüdür?


Demokratiyanın əsas atributlarından olan QHT-lər bu dəyərlərə üstünlük verən hər bir ölkədə inkişafın əsas sütunlarında sayılır.
Məlumat üçün xatırladıram ki, QHT-lər əsasən  Fondları və ictimai birlikləri əhatə edir.

Hər iki sahə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra fəaliyyət hüquq qazanır. Fondlar qeydiyyatdan keçən zaman müvafiq sənədlərlə yanaşı Nizamnamə Fonduna 10 manat da pul ödəməlidir.

Hazırda Masallıda neçə Fond, necə ictimai-birlik, eləcə də ölkə miqyaslı QHT-nin filialı var və onların neçəsi “diri”, neçəsi “ölüdür”?
Bir neçə dəfə xahişdən, ilkin varianta edilən düzəlişlərdən sonra axır ki, Masallı İcra hakimiyyətindən aşağıda təqdim edəcəyimiz siyahını əldə edə bildik. (Bütün hallarda siyahını bizə təqdim etdikləri üçün təşəkkür edirik)

İlkin araşdırma nəticəsində bəlli oldu ki, Masallı rayonunda müstəqil, yəni heç bir filialın tərkibində olmayan cəmi 5 ictimai birlik var:

1. XXI əsrdə müstəqil İB kimi ilk qeydiyyatdan keçən  Boradigah qəsəbəsində yerləşən “Vəhdət” İb-dir. (2011-ci il) RİH-nin təqdim etdiyi cədvəldə “fəaliyyəti yoxdur” yazılıb. Bundan əlavə daha 2 təşkilat – Əbülfəz Nuriyevin rəhbərlik etdiyi “Masallı gənclər təşkilatı” və   Nehmətov Bəyverdinin rəhbərlik etdiyi   “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin Masallı rayon təşkilatı da “Fəaliyyəti yoxdur” ların siyahındadır.

2. Masallıda qeydiyyatdan keçən 2-ci müstəqil QHT  Raci Səfərovun rəhbərlik etdiyi “Tərəqqi” QHT-dir. 2013-ci il.
3-5. 2017, 2018, 2019-cu illərdə müstəqil QHT kimi  Masallıdan 3 təşkilat qeydiyyatdan keçmişdir.

2017-ci ildə Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən”, 2018-ci ildə Nərgiz Muxarovanın rəhbərlik etdiyi “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” və nəhayət Zahir Cabbarovun adına qeydiyyatdan keçmiş “Əlil və Kimsəsiz Əlillərə yardım” ictimai birliklər
Fidan Abbaslının “Ümidim sənsən” İB  və  Nərgiz Muxtarovun rəhbərlik etdikləri ictimai birliklər bu müddətdə bir sıra layihələr reallaşdırsa da, Zahir Cabbarovun özünün bildirdiyin görə 2 il öncə yaradılmış və qeydiyyatdan keçmiş bu təşkilatın pandemiyaya görə heç bir fəaliyyəti olmamışdır.

Bu cədvəldə rayonda fəaliyyət göstərən bir neçə həmkarlar təşkilatları – təhsil, tibb və digərləri də ictimai birlik kimi göstərmişdir.

Təəssüf ki, bir neçə ictimai birliyin rəhbər heç özü də bilmir ki o müstəqildir, ya filial

Filial kimi adı bura qeydə düşənlərin yalnız bir neçəsinin arabir fəaliyyəti hiss olunur.
Demək olar ki, 37 təşkilatdan ən azı yarısının adı var, özü yox sırasındandır.
Onlar nə mətbuata çıxır, nə sosial şəbəkədə fəaliyyətləri var, nə də real ünvanları.

Adları sadalanan 73 təşkilatın 22-si YAP-ın, 1-i isə KXCP-nin üzvüdür. 14 təşkilat sədri isə bitərəfdir.
Təşkilat rəhbərləri əsasən yaşlılardan ibarətdir. Belə ki, 37 ictimai təşkilatın cəmi 6 nəfərinin yaşı 50-dən aşağıdır. 50 yaşdan yuxarı olan 31 təşkilat  rəhbərindən 20-nin yaşı 60-dan yuxarıdır.

Siyahıda 2 qrumun adına isə rast gəlmədik – 1. İctmiai Nəzarət koalisiyası - rəhbəri   Nadir Abiyev. (Əgər fəaliyyətdədirsə , qeydiyyatdan keçibsə, adı niyə yoxdur? Qanunsuzdursa , niyə ən böyük binaya geniş həcmli lövhəsi vurulub”.
İkincisi  isə olduqca aktiv fəaliyyəti olan Masallı Təhsil Fondudur.
Bu, rayonumuzda yeganə Fonddur.

Bundan əvvəl isə xatırladaq ki, Masallı rayonda filialı olan 20-dən artıq partiyanın da 2-3-nü çıxmaq şərti ilə yeri-yurdu bilinmir.
Masallıda   cəmi 5 müstəqil (onların da hamısına müstəqil demək mümkünsə) olduğunu nəzərə alsaq,  230 min əhalisi olan bir rayonda hər 45 min nəfər bir müstəqil QHT düşür.

Qonşu rayonlarda da vəziyyət belədir. Dağlıq rayonlarda demək olar ki müstəqil QHT yoxdur.
Səbəb isə qeydiyyatın olduqca çətin olmasıdır. Təsəvvür edin ki, qeyri-hökumət təşkilatı yaratmaq üçün hökumətdən, icra hakimiyyətindən icazə almalısan.

Qısası, qeyri hökumət təşkilatlarının fəaliyyəti hökumətin tam nəzarətində işləyir. Bu sahədə demokratik ölkələrinin təcrübəsindən faydalanmağa heç kim maraqlı deyil.

Təşkilatın adı

Təsis tarixi

Üzvlərinin sayı

Qərargahın ünvanı və telefonu


Təşkilatın rəhbəri

1

“Vəhdət”  sosial-inkişaf İB-nin Masallı rayon nümayəndəliyi

2011

2

Boradigah qəs.                                  050 259 99 30           070 259 99 30

Bəyverdiyev Nazim Rəcəb oğlu

2

“Tərəqqi” İctimai Birliyi

22.06.2013

30

Ərkivan qəs. Tel: 077 6148908

Səfərov Racı Ələkbər o.

3

“Ümidim Sənsən” İctimai Birliyi

2018


Ərkivan qəs. Tel.051-833-09-86

Abbaslı Fidan Zahir qızı

4

Əlil və Kimsəsiz Əlillərə yardım İctimai Birliyi

13.06.2019

3

H.Əliyev prosp.
Tel:050-737-77-70

Cabbarov Zahir Sabir oğlu

  5

Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi

03.01.2017

3

Qarabağ küçəsi
Tel:051-349-12-89

Muxtarova Nərgiz

6

Təhsil İşçiləri Azad həmkarlar İttifaqının rayon  komitəsi

05.10.2000

4598

Masallı RTŞ Tel: 050 430-56-55

Eyvazov Səfail     Qurban oğlu

7

Tibb işçiləri Həmkarlar İttifaqının rayon komitəsi

19.01.2001

1051

Ə.Cəbiyev adına RMX    Tel:5-34-69                   Mob:050-391-76-16

İlqar Ramiz oğlu

8

Azərbaycan Dövlət İdarələri  və İctimai Xidmət  İşçiləri     Həmkarlar İttifaqının rayon komitəsi

-

579

Masallı ş 050 222-18-62

Hüseynov Camal Həsənəli oğlu

9

Azərbaycan Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid  ailələri ictimai birliyinin rayon flialı

14.02.2001

243

Masallı Uşaq Xəstəxanası  051-508-92-44

Rəhimov Nahid Hakim oğlu

10

“Müşviq” Əlil uşaqlara yardım İB-nin rayon filialı

01.08.2007

320

Ərkivan qəsəbəsi   055 758-57-06

Fərziyev Əfrail Əlifağa oğlu

11

Azərbaycan Əfqanıstan Veteranları İB rayon filialı

17.05.2011

14

Masallı şəh. Qızılavar k  050 448-99-76

Xəlilov Hamil Cəlil oğlu

12

Azərbaycan Ziyalılar  Cəmiyyətinin rayon şöbəsi

19.11.1993

709

Masallı şəh.050 546-69-58


Fətullayev Qardaş Məhərrəm oğlu

13

“Azərovçu” Masallı rayonlararası şöbəsi

15.06.1991

268

Masllı şəh.Tel: 69-4-34     050-335-18-70

İsmayılov     Mikayıl Əliheydər oğlu

14

Regionların İnkişafına Dəstək İctimai Birliyinin Masallı rayon şöbəsi

13.06.2019


H.Əliyev prosp.
Tel:050-362-89-88

Hüseynov Ələsgər Cəlal oğlu

15

Lal-karlar cəmiyyəti Masallı  rayonlararası şöbəsi

15.06.1983

128

Masallı şəh. S.Vurğun küç 8 Ev: 5-28-09

Əzizov Malik Əzizağa oğlu

16

Gözdən Əlillər cəmiyyətinin  Masallı rayon ş

1983

95

Yardımlı rayonu 050-228-02-04

 Astanov Qocabəy Qəhrəman oğlu              

17

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsi

Iyun  1996

140

Masallı şəh.050 344-32-98

Məmmədov  Cəmil Kamil oğlu

18

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin rayon ş (Texniki İdman Klubu)



Masallı ş. H.Əliyev pr       tel: 051-466-79-29

Əkbərov     Bahadur Eliş oğlu

19

Azərbaycan Respublikası Əlil  Qadınlar Cəmiyyətinin rayon ş

23.03.200421

Masallı şəh. M.Talışxanov pr. 64 a     02521 5 35 36 050 745 42 36

Abıyeva Əminə Həzərxan qızı


20

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyinin Cənub Regional şöbəsi

2018

3

Masallı şəhəri H.Əliyev prosp. 050-854-47-02, 050-475-10-57

Qardaşova Tünzalə Ələddin qızı


21

Azərbaycan  Respublikası  Müharibə Əmək və Silahlı Qüvvələr və veteranlarının Masallı rayon şurası   

26.10. 1991

1371

Köhnə polis şöbəsinin  binası.   H.Əliyev pr              055 746 94 54                  ev 21 20 5 69

Şiriyev Məmmədağa Məmmədəli oğlu

22

Çernobıl Əlilər İttifaqının Masallı rayon təşkilatı

17.02.1995

95

Masallı şəh H.Əliyev pr       050 389-87-27

Rzayev Nazim Murad oğlu

23

Azərbaycan Jurnalistlər Birliyinin rayon təşkilatı

1996

23

Masallı şəh H.Əliyev pr       050 425-00-32

Əliyev Həsənağa Murtuza oğlu

24

AR Azad İstehlakçılar İctimai Birliyinin rayon təşkilatı

31.01.1997

369

Boradigah qəs. Zülfüqarov küç.32                           050-678-26-35

Məmmədov Rafiq Cəbrayıl oğlu

25

AR Silahlı qüvvələrinin ehtiyatda olan Zabitlər Konfederasiyasının rayon təşkilatı

03.12.1997

33

Masallı rayon Çaxırlı kəndi       tel:050 524-68-25

Qasımov Rahim Məmməd-hüseyn oğlu

26

Azərbaycan Ətraf mühitə nəzarət mərkəzi İctimai Birliyinin İkinci Cənub bölgə departamenti

2003

3800

Masallı RİHB binasıTel:5-18-39

Əliyev Mirəyyub Qiyas oğlu

27

Şəhid Analarının Xeyriyyə Mərkəzi

08.08.1995

112

Sərçuvar kəndi Tel: 73-3-12

Məmmədova Şadəstə Najan qızı

28

Masallı rayon Ağsaqqalları Şurası


23.03.1993

53

H.Əliyev parkı 050-367-82-13

Niftiyev Ələşrəf Nuru oğlu

29

Kənd təsərrüfatı və Qida sənayesi işçiləri əmkarlar ittifaqının rayon  komitəsi

13.11.2000

71

Masallı şəh H.Əliyev pr       050 353 -11- 25

Əmirli Hüseyn Murtuz oğlu

30

“Məhsul” könüllü idman  cəmiyyəti

18.12.1992

1000

Masallı şəh. M.Talışxanov pr Tel: 5-27-27

Həşimov Çingiz Yavər oğlu

31

Təhsilə,mədəniyyətə və Sosial sahələrə humanitar yardım İB

16.11.2005

52

Gəyəçöl kəndi   Ev: 38-4-52

Həsənov Sədrəddin Xanəli oğlu Vəfat edib

32

Ekoloji sağlamlıq və tarazlıq  ictimai birliyi

30.11.2005

45

Şərəfə kəndi  050 381-46-28

Qurbanov Fərahim Sarı 

33

Polis veteranlar Şurası


2011

91

Masallı şəhər     Polis ş.050 333-92-40

Şahmarov Tofiq Şirin oğlu

34

Xidmət-İş” ticarət, ictimai iaşə kooperasiya,sağlamlıq ocaqları, turizm, idman,otelçilik,balıqçılıq, quşçuluq,taxılçılıq və digər xidmət sahələri işçiləri həmkarlar ittifaqı federasiyası Masallı rayon komitəsi

22.04.2013

50

070-337-82-96  055-290-75-51

Ağayev Seyfulla Mütəllib oğlu

35

Regional İnsan hüquqları və Ekologiya müdafiə mərkəzinin Cənub bölgə nümayəndəliyi

2.2013

1

 H.Əliyev pr.1 Tel:0503343032 
070 911 01 02

Əliyev Zəfər Ağadin oğlu

36

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyinin Masallı rayon təşkilatı

31.05.2005


Gəyəçöl kəndi Tel: 0707460558

Nemətov Bəyverdi Nemət

37

Rayon Gənclər Məclisi

26.10.1992

510

Masallı şəh M.Talışxanov pr Tel: 5-32-93 050 339-32-63         070 220-66-00

Nuriyev  Əbülfəz  Asif oğlu


Cenub.az və Masallıda.az üçün hazırladı Zahir Əmənov və Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10