Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın ən uzun asma körpüsü istifadəyə verilib - FOTOLAR


Yeni körpü ilə pandemiyadan mənfi təsirlənən bölgəyə turistləri cəlb etmək mümkün olacaq 
 
Portuqaliyada dünyanın ən uzun piyada asma körpüsü olan “516 Arouca” istifadəyə verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, körpü yerdən 175 metr yüksəklikdə hazırlanıb. Asma körpü ölkənin cənubundakı Aguieiras Şəlaləsi ilə Paiva Boğazını birləşdirən Arouca qəsəbəsindəki Arouca Geoparkında yerləşir. 
 
Qiyməti 2.8 milyon dollar olan körpüdən keçidin 10 dəqiqə çəkdiyi bildirilir. Şəlalə və vadi mənzərəli körpünün inşasının 3 il çəkdiyi qeyd edildib.
 
“516 Arouca” adlanan körpüdən keçən ilk şəxsin 42 yaşlı Hugo Xavier olduğu deyilib.

Fotoları təqdim edirik:
Müəllif: Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10