Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sübut et ki, şəhidsən (VİDEO)


Bu, 1 ay öncə 2-ci Qarabağ savaşında iştirakt etmiş, Kəlbəcərin azadlığı uğurunda medalla təltif olunmuş, hərbi xidmətinin bitməsinə cəmi bir həftə qalmış əsgərimiz ərkivanlı İlkin Zöhrabovun hələ də baş daşı qoyulmayan məzarıdır. Təəssüf ki, ona şəhidimiz deyə bilmirik. Çünki, ortada sənəd yoxdur. Onun intihar etməsi barədə məlumatlar dolaşır. Gah deyirlər cənəsindən vurulub, gah deyirlər sinəsindən güllələnib. Buna görə də, 20 yaşlı İlkin Zöhrabov şəhid kimi böyük ehtiramla yox, sırafi vətəndaş kimi dəfn edilib. Hətta onun ərkivanlı şəhidlərlə bir sırada dəfn olunması da xeyli giley-güzardan sonra öz həllini tapıb. Dünyasını dəyişməsindən bir aydan artıq vaxt keçsə də, hələ ki, onun üçün baş daşı qoyulmayıb. Valideynlərinin icra hakimiyyəti binasında kəskin etirazlarından sonra isə, aprelin 30-da onun üçün digər şəhidlərə bərabər baş daşı düzəldilməsinə vəd verilib. Baş daşının İlkin Zöhrabovun bu il may ayının 8-də keçiriləcək 40 mərasiminə kimi hazır olması gözlənilir. Bu məlumatı İHB-nin müvafiq şöbəsinin müdiri Qəşəm Hadiyev də təsdiqləyib.

Daha ətraflı Cənub Xəbər Tv-nin hazırladığı videoda tanış ola bilərsiniz. Link burda:





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10