Türkiyədə orta statistik vətəndaş hər gün 9 saatı televizor, smartfon, planşet və ya kompüter ekranı qarşısında keçirir.
Televizora baxışa sutkada 4 saat vaxt ayrılır. "Interpress Media Services" son hesabatında belə deyilir. Hesabata görə, hazırda dünyanın 100 ölkəsində Türkiyədə çəkilən teleseriallara baxılır. Teleserial "ixracı" baxımından Türkiyə dünyada ABŞ-dan sonra 2-ci yeri tutur. Belə ki, Türkiyə ötən il teleserial satışlarından 350 milyon dollar əldə edib.
Paradoksal sonuclar da var. Belə ki, Latın Amerikası ölkələrində ən çox baxılan 15 teleproqram və teleşou arasında 4 türk serialı var. Əgər ötənlərdə Braziliya və Meksika istehsalı olan teleseriallar Türkiyədə reytinq rekordları vururdusa, indi həmin ölkələrdə türk serialları reytinq rekordçularıdır. Hesabata görə, Yaxın Şərq ölkələrində əsasən çağdaş və zəngin həyatdan bəhs edən seriallara baxırlarsa, Latın Amerikasındakı tamaşaçılar tarixi dramlara üstünlük verirlər. Avropa ölkələrində Türkiyədə çəkilmiş tematik serialları sevirlər.
Hazırda dünyada ən populyar türk serialı "Muhteşem Yüzyıl"dır. Sonrakı yerləri "Fatmagülün Suçu Ne", "Binbir Gece", "Aşk-ı Memnu", "Sıla", "Öyle Bir Geçer Zaman Ki", "Gümüş", "Adını Feriha Koydum", "Aşk ve Ceza" teleserialları gəlir.
Milli.Az