Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

57 yaşlı Gənclər və İdman naziri Azad Rəhimov vəfatı və ömür yolu


Azərbaycanın Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.
Bu haqda Milli Olimpiya Komitəsi məlumat yayıb. Məlumatda mərhumun ailəsinə başsağlığı verilib.

                                     Azad Rəhimovun həyat yolu:

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası — 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olan Sadıq Rəhimovdur.
Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.
1986-1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azad Rəhimov 2021-ci ili yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. Müalicəsi yanvardan Amerika Birləşmiş Ştatlarında, aprelin 30-dan isə Azərbaycanda aparılmışdır. 2021-ci il aprelin 30-da saat 23:00 radələrində vəfat etmişdir

                                                                           Fəaliyyəti

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.
1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Azad Rəhimov 1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamına əsasən Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmişdir.

Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin[2], 2015-ci ildə Avropa Oyunlarının[3], 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının[4], 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının[5], 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının[6], 2019-cu ildə UEFA Avropa Liqası Finalının[7], 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının[8], 2020-ci ildə isə UEFA Avropa Çempionatının[9] Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.

                                                                       Təltif və mükafatları

Azərbaycanda idman sahəsində xidmətlərinə görə Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, gənclərlə iş sahəsində xidmətlərinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamına "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilmişdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10