Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükü Ermənistana buraxmadı


Gürcüstan hakimiyyəti Rusiyadan göndərilən zirehli gödəkçələrlər daşıyan iki yük maşınının Ermənistana getməsinə icazə verməyib. Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan KİV-ləri xəbər verir.
Yük maşınları artıq bir aya yaxındır, Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” buraxılış məntəqəsi yaxınlığında yerləşən neytral zonadadır.

Mediada Moskvadan daşınan güllə keçirməyən jiletlərin “humanitar yardım” adı altında qeydiyyatdan keçirildiyi bildirilir.
Ötən gün yük maşınları yenidən Rusiyaya yola düşüb. Sürücülər qeyd edirlər ki, Gürcüstandakı erməni diplomatlar onlara lazımi köməklik göstərməyiblər.

Bundan əvvəl "Sputnik Ermənistan" sosial şəbəkələrə istinadən yük maşınlarının 5 mart tarixində Moskvadan göndərildiyini yazmışdı. Martın 28-də gürcü sərhədçilər sürücülərin və yüklərin sənədlərini müsadirə edərək onların hərəkətinə qadağa qoyub.  Sürücülərdən birininin sözlərinə görə, onları saxlayan gürcü sərhədçiləri yüklərin xüsusi təyinatlı olduğunu qeyd edərək Gürcüstanın Müdafiə Nazirliyindən icazənin tələb edildiyini bildiriblər.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10