Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları


 Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçışsı, DTX tərəfindən rüşvət və korrupsiya əməllərinə görə həbs olunan Alimpaşa Məmmədovun çoxşaxəli biznes fəaliyyətinə həm də maral ferması daxil imiş. Bu haqda Real TV-nin reportajında deyilir.
Reportaja əsasən Alimpaşa özü maral həvəskarı olub və icra hakimiyyətinin başçısı təyin olunandan bir qədər sonra bu təsərrüfatı yaradıb.  Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir. Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.


Qeyd edək ki, Alimpaşa Məmmədovun oğlunun adına rəsmiləşdirdiyi biznes obyektlərinə nəhəng balıqyetişdirmə təsərrüfatı, ticarət mərkəzi, restoranlar və s. daxildir.
Ekzotik bizneslə məşğul olan isə təkcə o deyildi. Ötən il həbs olunan Neftçala rayon başçısı İsmayıl Vəliyevin də çoxşaxəli biznes fəaliyyətində  cins eşşək yetişdirilməsi də yer alırdı. Belə ki, keçmiş başçısının Neftçala “Xol yolu” deyilən ərazidə cins eşşək ferması da var idi, həmin fermada saxlanılan eşşəklərin südünün satışa çıxarıldığı bildirilirdi.
 virtualaz.org






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10