Bu gün bir çox saytlarda Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin bahalı geyimlər geyməsi ilə bağlı xəbər dərc edilib.
Yayılan xəbərdə icra başçısının bir dəfəlik geyim alış verişinin 36000 manat olduğu bildirilib. Eyni zamanda yayılan məlumatda Elmar Vəliyevin “Stefano Ricci” markasından istifadə etdiyi bildirilib.
Bizimyol.info saytı yayılan məlumatla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə əlaqə saxlayıb. İcra başçısının yayılan xəbərə reaksiyası sərt olub.
“Jurnalistlər öz işləri ilə məşğul olsunlar.Mənim haqda nə yazırlar yazsınlar, heç kimin müdafiəsinə ehtiyacım yoxdur. Sizin mənim haqda yazı yazmağa da ehtiyacım yoxdur. Məni narahat etməyin !!!”
Qeyd edək ki, “Stefano Ricci” brendində satılan kostyumun qiyməti -13500 manat, ayaqqabının qiyməti 8600 manat, vitrovka kurtka – 11000 min manat, qalstuk – 720 manat, köynək – 2050 manat təşkil edir. Belə ki, icra başçısı hər dəfə üst geyimini təzələmək üçün ən azı 36 min manat pulundan keçməli olur.